Dünya nəhəngindən bədbin proqnoz
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
21:00 | 11 fevral 2014 | Çərşənbə axşamı
Məqaləyə 2590 dəfə baxılıb
Şriftin ölçüsü
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nazirlər Kabineti 6 fevral 2014-cü il tarixli, 35 saylı Qərarı ilə özünün 2 dekabr 2013-cü il tarixli 333 saylı Qərarına dəyişiklik edib. (http://www.cabmin.gov.az/?/az/pressreliz/ view/1233/)
Bu barədə vaxt.az-a tanınmış iqtisadçı Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, dəyişiklik əsasında bir sıra neft məhsullarına, o cümlədən yanacağa tətbiq edilən aksiz vergilərini azaldıb. Dəyişikliyə görə, Aİ -95 markalı benzinə tətbiq edilən aksiz vergisi 159%-dən 64%-ə endirilib. Azalma digərlər benzin markalarında da olub. Aİ-92-də 134%-dən 65%-ə, Aİ-80-də isə 134%-dən 66%-ə endirilib. Halbuki 2 ay öncəki Qərarı ilə bu faizləri artırmışdı. Yəni dekabr dəyişikliyinə qədər bu hədd uyğun olaraq 101%, 92% və 93% olub.(http://www.tariffcouncil.gov.az/?/az/resolution/ view/11/)
Təbii ki, sual oluna bilər ki, bunun benzinin indiki qiymətinə nə dəxli var? Məsələ ondadır ki, ötən il Nazirlər Kabinetinin adıçəkilən Qərarının ardınca Tarif Şurası “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 saylı Qərar qəbul etdi (http://www.tariffcouncil.gov.az/?/az/resolution/ view/104/ ) və bununla da yanacağın qiymətini artırdı. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin satış qiyməti isə 70 qəpik, dizel yanacağının qiyməti 1 litr üçün 60 qəpik müəyyən edildi.
Qərardan göründüyü kimi, yanacağın qiymətinin artımının ARDNŞ-ə heç bir aidiyyəti yox idi. Artım sırf vergi artımı hesabına baş verib.
Nazirlər Kabinetinin son qərarı ilə aksiz vergilərinin aşağı salınması Tarif Şurasının qiymət artımı ilə bağlı Qərarını qüvvədən düşmüş hesab edir. Çünki Şuranın 14 saylı Qərarı təkcə pərakəndə satış qiymətini yox, eyni zamanda topdan satış qiymətini, həmçinin şirkətdaxili qiyməti tənzimləyir. Qərarda göstərilir ki, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də təchizat tarifləri daxildir. Deməli, aksizin aşağı salınması avtomatik olaraq topdansatış qiymətlərinin aşağı salınması deməkdir. Məsələn, əvvəlki aksiz dərəcəsi ilə Aİ-95 benzininin topdan satış qiyməti hər ton üçün 948 manat təşkil edib. Aksiz dərəcələri aşağı salındıqdan sonra isə topdansatış qiyməti 609,4 manat olur. Bir şərtlə ki, şirkətdaxili qiymətlər artırılmasın. Belə çıxır ki, NK-nın 35 saylı Qərarı ilə ARDNŞ-in qazancı artırılıb. Yəni, ARDNŞ Aİ-95 markalı benzinin hər tonunu indiki kimi 305 manata yox, təxminən 479 manata satır. Artım digər yanacaq növlərində, o cümlədən Aİ-92 benzini və dizeldə mövcuddur.
Nazirlər Kabinetinin 35 saylı qərarının ardınca Tarif Şurası Qərar qəbul edərək yanacağın qiymətini ya dəyişməli, ya da indiki səviyyədə təsdiq etməli idi. Əks halda ölkədə satılan benzinin və dizelin qiyməti vergi azalmasına müvafiq olaraq aşağı salınmalıdır.