Livan yeni müharibəyə sürüklənir
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
00:20 | 22 fevral 2018 | Cümə axşamı
Məqaləyə 3233 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi bu gün prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşdü. Bu görüşlərdə İran müdafiə nazirinin iki fikri diqqətimi çəkdi. Birincisi, iranlı nazir dedi ki, İran Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəkləyir. Bunu çox eşitmişik. Ermənistana da gedəndə onların qulaqlarına xoş sözlər deyilir və İrəvanda hansısa iranlı rəsminin «biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik» deyənə rast gəlməmişik, yoxdur belə bir müsbət nümunə.
İranın müdafiə nazirinin ikinci fikri daha maraqlıdır: «İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır». Sonuncu cümlə nə məna daşıyır? Azərbaycanın müdafiə qabiliyyətinin artırılması işğalçı Ermənistanı məğlubiyyətə uğratmaq məqsədi daşıyır və bunu İranın müdafiə naziri bilməmiş deyil. İranın müdafiə naziri bunu bilə-bilə Azərbaycanla hərbi əməkdaşlığı inkişaf etdirməyə hazırdırmı? Yoxsa Tehran Azərbaycan-İsrail hərbi əməkdaşlığından və alınan silahlardan narahat olduğuna görə Bakı ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir? İranın hansı silah növləri istehsal etdiyindən xəbərim yoxdur, ancaq Azərbaycan ordusunda həm İsrail, həm də İran silahlarının varlığı balanslaşdırılmış xarici siyasətə də uyğun olar. Əgər İranın bizə sata biləcək nəsə maraqlı silah növləri varsa.