Neft bahalaşdı
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
11:39 | 3 mart 2018 | Şənbə
Məqaləyə 3238 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
Nüfuzlu «Economist» nəşri yazıb ki, OPEK bundan sonra neft bazarı və oradakı qiymətləri təkbaşına tənzimləyə bilməyəcəyini başa düşdüyündən bu kartelə daxil olmayan daha 10 dövlətlə ittifaq yaratmağı düşünür.
Bunların arasında ən önəmlisi Rusiyadır. Əgər bu plan baş tutarsa, kartelin son onilliklərdə irəli sürdüyü ən böyük ambisiya olacaq.
Azərbaycan da uzun illər iqtisadiyyatı neftdən asılı olan ölkə kimi bu təşkilatın qərarları ilə bəzi razılaşmalara gedib. OPEK-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına (2016) uyğun olaraq Azərbaycan da neft hasilatını azaldıb.
Cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Bunun 759,7 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 624,2 min barrel xam neft, 54,9 min barrel kondensat, 14,3 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.
Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.
Maraqlıdır, Azərbaycan niyə OPEK-ə üzv olmur? Bunun üçün iqtisadi əsaslar yetmir, yoxsa ölkə olaraq bu təşkilata üzvlükdə maraqlı deyilik?
Modern.az-ın bu qəbildən olan suallarını Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban cavablandırıb. İ.Şaban bildirib ki, hazırda dünyada təqribən 70 ölkədə neft çıxarılır:
«70 ölkədən 45-i neft ixrac edir. İllər boyu OPEK-ə üzv olan ölkələrin sayı 11-13 arasında dəyişib. 57 ildir yaranmasına baxmayaraq, heç bir ölkə OPEK-ə üzv olmağa cəhd göstərməyib. Təşkilata elə ölkələr üzv olub ki, Azərbaycandan qat-qat az neft istehsal ediblər. İstər Latın Amerikası, istər Afrika, istərsə də Uzaq Şərq ölkələri olsun. Bu təşkilata üzv oldunsa, hasilatla bağlı onun nizamnaməsinə, öhdəliklərinə riayət etməlisən.
İkinci məsələ ixracatla bağlıdır. Yəni artıq bütün bunlarla bağlı monitorinq edilirsən. Ümumiyyətlə, OPEK ölkələrində uzun on illiklər boyu, əsasən də 1990-cı ildən sonra nizam-intizam heç də yaxşı olmayıb. Neft qiymətlərinin aşağı düşməsilə bağlı təkcə ötən ildən hasilatın tənzimlənməsi yönümündə mütəmadi görüşlər və razılaşmalar əldə olundu. Amma bu dövrə qədər kim necə və nə qədər istəyib neft hasilatını artırıb, azaldıb.
İstənilən halda, istər ciddi, istər qeyri-ciddi, əgər təşkilata üzvsənsə, onun kvotasına daxil olursan. Rusiya, Amerika kimi ölkələr təşkilata üzv deyillər. Çünki öz inkişaflarını, manevr imkanlarını kimlərinsə çərçivəsində məhdudlaşdırmaq niyyətində deyillər».
Ekspertin sözlərinə görə, təşkilata üzv olan ölkələr dünya bazarında neft qiymətlərinə təsir imkanlarından yararlanmaq məqsədi güdür:
«Yəni əslində təşkilatın yaradılmasında da məqsəd məhz təsir mexanizmlərindən yararlanmağa xidmət edir. Əslində 1961-ci ildən 1973-cü ilədək OPEK-in bir təşkilat kimi varlığını hiss edən olmayıb. Ancaq 1973-cü ildə Misirlə İsrail arasındakı konfliktdən sonra ərəb dünyası İsrailə və Qərbə qarşı embarqo tətbiq etdilər. Nəticədə OPEK bazara təsir etmək imkanlarını göstərdi. Amma bu, reallıqda OPEK-in qalibiyyəti yox, ABŞ və Sudiyyə Ərəbistanı arasında olan gizli razılaşmaların nəticəsi idi.
Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, Azərbaycan OPEK-ə üzv olmağa özü maraqlı deyil. Çünki özünün neft siyasətini məhdudlaşdırmaq istəmir».