vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
«Planımızda var idi» 11:50 | 4 mart 2018 | Bazar Məqaləyə 2498 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Planımızda var idi»

Qurban Qurbanov: «Hər bir oyuna son matç kimi hazırlaşırıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində «Sumqayıt»a qarşı keçirdikləri oyunu şərh edib. Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Hər iki komandanın futbolçularını təbrik edirəm. Sona qədər mübarizə apardılar. Çətin oyun olacağını bilirdik. Bunu futbolçulara da demişdim. Rəqib komandanın baş məşqçisini təbrik edir, uğurlar arzu edirəm. Nə qədər xal qazansaq, bizim üçün o qədər də yaxşıdır. Bundan sonrakı oyunlar çətin olacaq və onlara ciddi hazırlaşmalıyıq.

 

- Yarımmüdafiənin cinahında Danini yox, Geryeni oynatdınız. Geryedən gizli silah kimi istifadə etməyə çalışırdınız?

- Bəli, planımızda var idi. Dani topla daha çox rəftar edir, Gerye isə əksinə. Ona görə də Danini ehtiyatda saxlayıb, Geryedən gizli silah kimi istifadə etməyə çalışdıq.

 

- Sanki futbolçularınızda arxayınlıq var. Bu fikirlə razısınız?

- Belə düşünmürəm. Futbolçularım bilir ki, hər bir komandaya qarşı oynamaq çətindir. Çempionatda hər bir oyuna son matç kimi hazırlaşırıq. Biz nə qədər belə olmadığını desək də, ola bilər bir qədər boşluq var. Belə həvəssizlik varsa, bunu aradan qaldırmağa çalışacağıq.