
... 4 oyunda 4 qələbə
Legioner hücumçusuz “Qarabağ” və ...
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
Uşaq futbolunun ən böyük bu problemi
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
Qurban Qurbanov mənə görə yunan mifologiyasında qəhrəman və İtaka çarı olan Odisseydir. Odissey Troya müharibəsinin sərkərdəsi ilə yanaşı alınmaz qala olan Troya şəhərini strateji planla ələ keçirən tarixi Şəxsiyyətdir. Əsrlər keçib, amma Odissey və onun böyük strategiyası olan Troya atı unudulmayıb. Bəli, Qurban Qurbanov bu sərkərdənin əsirlər sonra dünyaya yenidən gəlmiş obrazıdır.
Odissey adı qədim yunan dilində “qəzəb” və ya “qəzəbli” deməkdir... Qurban Qurbanov da qəzəblidir, çünki QƏLƏBƏ uğrunda onun QƏZƏBİ var. Bu qəzəb Azərbaycana qarşı olan Avropadakı yanaşmadır. Bizi qələbələri qəbul etməyən Avropaya qarşı QƏZƏB onun QALİB olmasına bir təkandır. Bu QƏZƏB Qurban Qurbanovu milyon illər davam edəcək TARİXƏ-adını yazmaqdır.
Odisseyin komandasında kimlər yox idi: Məğlub edilməz Axilles, gücü ilə hər kəsi heyran edən Ayaks, ön sırada döyüşən Nestor, Diaomed, Filoktet, İdemoney, Palamed, Tevkr və başqaları.
Qurban Qurbanovun komandasında kimlər yoxdur: Şahruddin Məhəmmədəliyev, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Qara Qarayev (k), Kadi Borges, Leandro Andrade, Abdullah Zubir, Kvabena Ovusu
Odisseyin strategiyasının uğuru Troya atıdırsa, Qurban Qurbanovun strategiyasında meydanda bütün cinahları görüb hücum planını gözlənilməz yerdən etmək, Turan taktikası qurmaqdır.
Bəli, dünən böyük bir qələbə baş verdi. Qurban Qurbanov Odissey kimi böyük strategiya qurdu və dünyanın tanınan komandasına 3 cavabsız qol vurdu. Bu qələbə təkcə Yunanlar üzərində deyil idi, illərdir yunanları özünə qardaş sayan ermənilər üzərində də qələbə idi. Bu dünya üzərində qələbə idi, bu şərq mədəniyyətinin yunan mədəniyyəti üzərində qələbəsi idi, bu tarix üzərində qələbə idi...
Eşq olsun müasir dövrün Odisseyi Qurban Qurbanova və onun ordusuna.....
Qarabağ Ağdamdır!
Qarabağ Azərbaycandır!