Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:10 | 18 mart 2018 | Bazar
Məqaləyə 2995 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin «başçısı» adlandıran Bako Saakyanın ABŞ-a səfəri Vaşinqton və Bakı arasında strateji tərəfdaşlığa təsir etməyəcək. Bu barədə «Trend»ə ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
«Bu, Saakyanın ABŞ-a ilk səfəri deyil. Bundan əlavə, o, ABŞ hökuməti tərəfindən heç bir sponsorluqla təmin edilmir. Keçmişdə olduğu kimi, onun ABŞ hökumətində rəsmilərlə heç bir görüşləri nəzərdə tutulmayıb, bəlkə, ola bilsin ki, ABŞ-dan olan Minsk qrupunun həmsədri istisna olmaqla, o da qeyri-rəsmi. Beləliklə, Saakyanın bu hərəkətlərini ABŞ hökuməti şəxsi səfər kimi qəbul edir və bu, Azərbaycanla ABŞ arasında strateji münasibətlərə heç bir təsir göstərməyəcək», - deyə o bildirib.
M.Brayza qeyd edib ki, bundan əlavə, onun Konqresin bəzi üzvləri ilə görüşü mümkündür, məsələn senator Robert Menendezlə: «Lakin Menendez artıq uzun illərdir ki, korrupsiya fəaliyyətinə görə FTB tərəfindən istintaqa cəlb edilib və məhkəmə qarşısına çıxacaq. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, o, mənim Azərbaycanda səfir təyin edilməyimə mane olmaq istəyib. O, Amerika Milli Konqresinin təsiri altındadır, bu təşkilatın əvvəlki prezidenti isə məhkum olunmuş cinayətkardır. Ona görə də mən Saakyanın korrupsiyaya uğramış Menendezlə hər hansı görüşlərinə xüsusi əhəmiyyət verməzdim».
Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin «prezidenti» kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.