Cəlalın ovsunu ...
... Yaxud Ənvər Həsənovun kino tariximizdəki izi
            					
            	
                15:29 | 2 may 2018 | Çərşənbə
                Məqaləyə 2083 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                ... Yaxud Ənvər Həsənovun kino tariximizdəki izi
                                Polad Bülbüloğlu: “Neçə illər idi ki, bu körpünün arzusunda idik”
                                Nazir Əbülfəs Qarayev Moskvada görüşlər keçirib
                                Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi keçirilir
                                Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
                                Polad Bülbüloğludan gözlənilməz addım
                                Almaniya səfiri Polad Bülbüloğlunun UNESCO-nun rəhbəri postuna namizədliyi barədə
                                Azərbaycan səfiri «Sən supersən» müsabiqəsində münsiflər heyyətini heyrətləndirən gənc qıza təcüməçilik etdi
                                Səfir Zəhradan danışdı
                                Putinin şəxsi nümayəndəsi: «Bunun səbəbi aydındır»
                                Rusiya teleaparıcısı: «Ermənistan səfiri Polad Bülbüloğluna açıq-aşkar uduzur»
                                Larisa Dolina: «Həyatımda heç vaxt bu qədər nifrət, lənətlə üzləşməmişdim»
                                «Polad Bülbüloğlu ölkəsinə xəyanət edir»
                                Təhlükə tam realdır
                                12-ci Qış Olimpiadasının açılışı olacaq
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Exo Moskvı” radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib.
Məktub aprelin 28-də “Exo Moskvı” radiostansiyasının efirində yayımlanan, aparıcı Yuliya Latıninanın müəllifi olduğu “Kod Dostupa” verilişində jurnalistin Azərbaycanı və azərbaycanlıları təhqir etməsi ilə əlaqədardır.
Səfir məktubunda Y.Latıninanın növbəti dəfə məhdud tarixi biliklərini və ermənilərə simpatiyasını göstərərək tarixi faktları təhrif etdiyini, işğalçını qurban, hərbi cinayətkar olan Serj Sərkisyan və ətrafını isə qəhrəman kimi təqdim etdiyini, 100 il ərzində işğal, soyqırım, etnik təmizləmə kimi beynəlxalq cinayətlərdən əziyyət çəkən Azərbaycan xalqını bütün günahlarda ittiham etdiyini vurğulayıb: “Aydındır ki, Yuliya Latınina tərəfindən canlı efirdə deyilən fikirlər onun qərəzli və qeyri-peşəkarlığının təzahürüdür və faktları təhrif etmək, anti-Azərbaycan təbliğatı aparmaq yolu ilə narahat Ermənistan cəmiyyətini real əhval-ruhiyyədən yayındırmaq üçün Rusiya auditoriyasını çaşdırmaq məqsədi daşıyır”.
P.Bülbüloğlu Y.Latıninanın jurnalistika etikasının bütün sərhədlərini pozduğunu, reallıq hissini itirdiyini, öz hüquqi və vətəndaşlıq məsuliyyətini unudaraq auditoriyaya müraciətində Azərbaycan cəmiyyətini “ruhən xəstə” adlandıraraq bütün Azərbaycan xalqına qarşı məsuliyyətsiz, əxlaqsız və alçaldıcı ifadələr işlətdiyini vurğulayıb: "Xüsusilə qeyd etmək istəyirəm ki, bütün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 10 milyonu Azərbaycandadır. Unutmaq lazım deyil ki, Rusiyanın özündə 2 milyona yaxın azərbaycanlı yaşayır və onların yarım milyonu Moskvada məskunlaşıb. Bu statistikanı nəzərə alaraq “Exo Moskvı” radiosunun böyük Rusiya Federasiyasında yaşayan Azərbaycan auditoriyasını özünə qarşı kökləməkdə maraqlı olduğunu düşünmürəm. Birinci dəfə deyil ki, Y.Latınina “Exo Moskvı” radiosunun çoxmilyonlu auditoriyasında istifadə edərək Azərbaycan xalqını alçaldır, Rusiya cəmiyyətində nifrət əhval-ruhiyyəsi formalaşdırır”.
Səfir A.Venediktovdan baş vermiş hadisə ilə bağlı lazımı tədbirləri görməyi xahiş edib: “Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”. (APA)