Paşinyandan separatçılara ağır zərbə
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
19:09 | 8 mart 2017 | Çərşənbə
Məqaləyə 2631 dəfə baxılıb
Şriftin ölçüsü
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan, hansı ki, 9 martda öz postunu tərk edəcək, Rusiya televiziya aparıcısı Vladimir Solovyovun sözlərinə olduqca ağrılı reaksiya verib.
Virtualaz.org xatırladır ki, teleaparıcı İrəvandakı mətbuat konfransında, erməni səfirinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna açıq-aşkar uduzduğunu bildirib.
V.Solovyov Azərbaycan səfirini parlaq şəxsiyyət adlandırıb və erməni diplomatiyasını fəaliyyətsizlikdə ittiham edib.
«Ermənistanın Rusiyadakı səfiri kimdir? Kimdir o? Siz onu tanıyırsınız? Azərbaycanın Rusiyadakı səfiri kimdir? Polad Bülbüloğlu. Parlaq şəxsiyyət... Əlbəttə, Rusiya prezidenti ilə sizin prezidentinizin münasibətlərinin aydın və çox yaxşı sistemi var. Başqa cür Qarabağda vəziyyət həll edilməzdi», - deyə jurnalist bildirib.
O.Yesayan bu sözlərə görə Solovyovun ünvanına kəskin tənqidlər səsləndirib. O bildirib ki, təxminən bir il televiziya aparıcısı tərəfindən onun ünvanına məqsədyönlü monoloqa məhəl qoymayıb, amma daha dözmək niyyətində deyil.
«Bəlkə də bu son iş günündə, hansı ki, mən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə vidalaşma görüşünə gedirəm, susmaq daha yaxşı olardı və mən istəməzdim ki, Ermənistanın Rusiya Federasiyasındakı səfiri kimi mənim yeddiillik fəaliyyətimin son şərhi məhz bu fikirlərlə yadda qalsın. Ancaq mən məcburam, çünki cənab Solovyov özünün bizim ictimaiyyəti həyəcanlandıran çoxdankı nöqteyi-nəzərini yenidən, özü də İrəvanda səsləndirib.
Hər şeydən əvvəl, Solovyovun məni tanıyıb-tanımaması haqda. Əgər bu sözlərin ənənəvi mənasına əsaslanacağıqsa, onda o açıq-aydın yalan danışır. Əgər bu sözlərin məzmununun onun tərəfindən necə başa düşülməsinə nəzər yetirməli olsaq, onda o müəllif birmənalı haqlıdır. Bu mənada o məni tanımır və tanıya da bilməz...», - deyə tert.am O.Yesayandan sitat gətirir.
Sonra Yesayan sual verir: görəsən, Solovyov Bakıda bu cür çıxış etməyə və Azərbaycan diplomatlarını tənqid etməyə cürət edərdi?
Daha bir maraqlı məqam. Bu gün erməni KİV-i məlumat yayıb ki, Oleq Yesayanı Vardan Toqanyan əvəz edəcək, hansı ki, adı offşordakı şirkətlər və şəxslər haqda informasiyalardan danışan «Panama dosyesi»ndə xatırlanır. Bildirilir ki, Vardan Toqanyan 2014-cü ildə brilyantların cilalanması ilə məşğul olan «Şoqakn» şirkətinin səhmdarı olub.