Neft qiymətləri düşdü
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
11:54 | 10 may 2018 | Cümə axşamı
Məqaləyə 1748 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Mayın 10-da dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində “WTI” neftinin qiyməti 1 barelə görə 1,55 dollar və ya 0,77 faiz artaraq, 71,69 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,57 dollar ya 0,74 faiz artaraq, 77,78 dollar təşkil edib.
Azərbaycan nefti də bahalaşıb. Belə ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 2,99 dollar və ya 3,99 faiz artaraq 77,84 dollar təşkil edib.
***
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 2,2 milyon barrel (0,5 faiz) azalaraq 433,8 milyon barrelə gerilədiyini açıqlayıb.
Bazar gözləntisi ehtiyatların 200 min barrel azalma göstərəcəyi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 6,2 milyon barrel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə 700 min barel (0,1 faiz) azalaraq 663,6 milyon barrelə enib.
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 2,2 milyon barel (0,9 faiz) azalaraq 235,8 milyon barelə düşüb.
Benzin ehtiyatlarına dair bazar gözləntisi 400 min barrel azalma göstərməsi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,2 milyon barel artım göstərmişdi.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,23 milyon barrel azalaraq 7,32 milyon barrelə düşərkən, xam neft ixracı da gündəlik orta hesabla 271 min barrel azalma ilə 1,88 milyon barrelə enib.
ABŞ-ın xam neft istehsalı isə keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 84 min barel artımla 10,7 milyon barelə çatıb.
Bu nəticə ilə, ölkənin xam neft istehsalı yeni bir rekord səviyyə qeyd edərkən, son 17 həftədə 16 dəfə artım göstərmişdir.
EIA-nın May 2018 hesabatına görə, ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel olması gözlənilir.
Hesabata görə, ABŞ-ın gələn il xam neft hasilatının gündəlik orta hesabla 11,9 milyon barrel olması və dünyanın ən iri xam neft istehsalçısı Rusiyanı geridə qoyması gözlənilir.
ABŞ-ın xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətləri artmışdır. Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, “Brent” növü neftin barrel qiyməti 77,75 dollara, ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin barrel qiyməti də 71,70 dollara qədər yüksəlib.
Qeyd edək ki, ötən gün neftin bahalaşmasına ABŞ Prezidenti Donald Trampın qərarı ilə ölkəsinin İran ilə 2015-ci ildə imzalanmış nüvə müqaviləsindən çıxması və İrana sərt sanksiyaların tətbiq ediləcəyinin açıqlanması səbəb olmuşdu.