Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:15 | 19 iyun 2018 | Çərşənbə axşamı
Məqaləyə 1810 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Politoloq Stepan Qriqoryana inansaq, Ermənistan Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyi torpaq sahəsinə görə icarə haqqını artırmağa hazırlaşır.
Qriqoryan baş nazir Nikol Paşinyanın həyat yoldaşının baş redaktoru olduğu “Haykakan jamanak” qəzetində dərc etdirdiyi və Ermənistan-Rusiya münasibətlərinə həsr olunmuş məqaləsində hesab edir ki, Rusiya hərbi bazaları üçün təmənnasız və müddətsiz torpaq sahəsi ayrılması ədalətsiz və misli görünməmiş hadisədir. O qeyd edir ki, hətta Rusiyaya heç də az “sadiq” olmayan Belarus, Tacikistan və Qırğızıstan da öz ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsinin müqabilində xeyli məbləğdə pul alırlar.
Metsamor AES-in Rusiyanın ixtiyarına verilməsi, bir sıra iri sənaye obyektlərinin və az qala ölkənin bütün energetika sisteminin Rusiyaya “hədiyyə” edilməsi ona gətirib çıxarıb ki, Ermənistan regionda bütün əsas “kozır”larını həmişəlik itirib. Eyni zamanda, Ermənistanda mövqelərini xeyli möhkəmləndirdikdən sonra Rusiya atom yanacağının qiymətlərini kəskin qaldırıb və atom-elektrik stansiyasının bağlanmasından əldə edə biləcəyi bütün üstünlüklərdən istifadə etməyə çalışır.
“Rusiya AES-in bağlanmasına kompensasiya olaraq Aİ-nin Ermənistana təqdim etməyə hazır olduğu maliyyə dəstəyini əlinə keçirməyə hazırlaşır. Müxtəlif dəyərləndirmələrə görə, bu yardım 500 milyon dollar təşkil edə bilər. Bundan sonra, faktiki olaraq, Türkiyənin Metsamor AES-in bağlanması tələbini yerinə yetirdikdən sonra Moskva Ankaradan Rusiya-Türkiyə münasibətlərinin digər sahələrində bir sıra güzəştlərə nail olacaq”, - politoloq bildirir.
Müəllifin əlində olan məlumatlara əsasən, Rusiya erməni maraqlarını hesaba almayaraq, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycana kifayət qədər güzəştə getməyə hazırdır. Bir şərtlə ki, Azərbaycan da Moskvaya güzəştə getsin.
“Rusiyanın niyyətləri özünü keçmiş SSRİ ərazisində mövcud olan “tanınmamış dövlətlər”ə münasibətinin analizində də görünür. RF-nin konsulluq xidmətləri Dnestryanının, Abxaziyanın və Cənubi Osetiyanın sakinlərinə tamamilə sərbəst şəkildə Rusiya vətəndaşlıq pasportları paylayır. Bu ərazilərin liderləri Moskvada dövlət səviyyəsində qəbul edilirlər. Bunu Rusiya tərəfindən açıq dəstəkdən məhrum olunmuş Dağlıq Qarabağ Respublikasının rəhbərliyi barədə demək mümkün deyil. Eyni zamanda, Ermənistan hakimiyyəti Rusiyanı özünün yeganə strateji tərəfdaşı hesab etməkdə davam edir”, - C.Qriqoryan hiddətini bildirir.