Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
00:57 | 20 iyun 2018 | Çərşənbə
Məqaləyə 1632 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 75,42 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,43 dollar/barel çoxdur. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 18-də 74,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,47 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 18-də 72,19 dollar/barel təşkil edib ki, bu da “Trend”ə görə, əvvəlki qiymətdən 1,46 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 18-də 73,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,24 dollar/barel azdır.
ABŞ-ın “Qərbi-Texas” (WTI) nefti isə 0.9 faiz ucuzlaşaraq alıcılara 65 dollardan təklif olunub.
***
Digər bir xəbərdə deyilir ki, “Panmure Gordon” şirkətinin analitiki Kolin Smit OPEC-in İyunun 22-də keçirəcəyi iclasına dair, “Rusiya gündəlik 1.5 milyon barel artımdan danışır. İran, İraq və Venesuella buna ciddi şəkildə qarşı çıxır. Bazar isə 300 - 600 min barellik artım gözləyir” deyib.
ABŞ - Çin ticarət müharibəsinin də neft qiymətlərinə təsir edəcəyini qeyd edən Smit, “bu, daha böyük ticarət müharibəsinə çevrilir. Gərginlik neft qiymətlərinə mənfi təsir edir, amma əsas amil deyil. “Brend” neftinin qiymətinin 70 dolların üzərinə çıxmasının səbəbi OPEC-in hasilatının kifayət etməməsidir”, deyib. İl sonu neftin qiymət proqnozunu da bildirən Smit, “Mən ilin sonunda neftin 70 dollar ətrafında olmasını gözləyirəm” deyib.