“Ölkəni pafoslu sözlərlə qorumurlar”
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
00:32 | 20 fevral 2014 | Cümə axşamı
Məqaləyə 2451 dəfə baxılıb
Şriftin ölçüsü
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində müəyyən işlər aparılır və aparılmaqdadır. Bu barədə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov mətbuata açıqlama verib. PA rəsmisi bildirib ki, bir sıra dövlətlər tərəfindən bu proses maliyyələşdirilir.
Qeyd edək ki, bu il Sürix protokolunun imzalanmasının 5 ili tamam olacaq. 5 il əvvəl Azərbaycan hökumətinin təzyiqləri ilə Ankara Ermənistanla sərhədləri açmaqdan imtina etdi. Ancaq bununla belə Türkiyə mənbələri Avropa dövlətlərinin Türkiyəyə sərhədlərinin açılması istiqamətində təzyiqlər edilir. Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, Elnur Aslanov həm ABŞ-a, həm də Türkiyəyə xəbərdarlıq mesajı vermək istəyib. ABŞ və Avropa Birliyinin illərdir sərhədlərin açılması üçün Ankaraya təzyiq etdiyini qeyd edən ekspertin sözlərinə görə, böyük ehtimalla bu təzyiqin artmasına yönəlik rəsmi Bakının əlində özəl məlumatlar da var: «Ona görə də ilk olaraq Elnur Aslanovu irəli veriblər. Hakimiyyət Ankaranın təzyiqlərə sonsuzadək dözməyəcəyindən narahatdır. Həqiqətən Türkiyə-Ermənistan sərhədi mövzusunun yenidən diqqət mərkəzinə keçdiyinin müəyyən əlamətləri var. Hətta bu məsələdən xeyli məsafəli olan Almaniyanın kansleri Angela Merkel belə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə Türkiyə-Ermənistan sərhədinin açılması vacibliyindən danışıb. Demək, mövzu Avropa Birliyinin də gündəmindədir. Böyük ehtimalla rəsmi Bakını ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin bu həftə Ankaraya etdiyi səfər də narahat edib. Doğrusu, bu səfərin əhəmiyyətini mən də anlamaqda çətinlik çəkirəm. Ankara ilə danışıqlar Uorlikin səlahiyyətinə aid deyil. Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyini öyrənmək üçün Vaşinqtonun Uorliki Türkiyəyə göndərməyə ehtiyacı yoxdur, bu missiyanı başqa amerikalı diplomatlar həyata keçirə bilərlər. Ancaq əgər Vaşinqton məhz Uorliki Ankaraya göndərirsə, demək bununla bir növü Bakıya dolayı mesaj yollayır. Mesaj isə bundan ibarətdir, Vaşinqton üçün Türkiyə-Ermənistan sərhədinin açılması Dağlıq Qarabağ münaqişəsinin həllindən daha önəmlidir».
Elxan Şahinoğlu deyir ki, hələlik Ankaranın Qərbin təzyiqləri qarşısında Ermənistanla sərhədləri açması real görünmür: «Vaşinqton Türkiyə-Ermənistan sərhədinin açılması mövzusunda Ankaraya təzyiqini artırsa belə, Ərdoğanın siyasətini dəyişəcəyini düşünmürəm. Doğrudur, son günlər Türkiyə-Ermənistan sərhədinin yenidən qurulmasına, sərhədin minalardan təmizlənməsinə yönəlik xəbərlər yayılır. Bu da «Ankara sərhədi açmağamı hazırlaşır» sualını gündəmə gətirir. Ancaq inanmıram ki, Ankara Bakının rəyini nəzərə almadan Ermənistanla münasibətləri normallaşdırsın. Bələdiyyə, parlament və Cümhurbaşqanlığı seçkilərinə hazırlaşan Ərdoğan belə bir gərgin ərəfədə rəsmi Bakı ilə münasibətlərin gərginləşməsinə yol verməz. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti onu da anlamalıdır ki, Ankara əbədiyyətə qədər ABŞ və Avropa Birliyinin təzyiqlərinə dözməyə də bilər. Bəli, Ərdoğan deyib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla sərhədi açmayacaq və o bu vədinə sadiqdir. Ancaq bu bir növü Ankaranın girov saxlanılmasıdır. Münaqişənin həllinə çalışmaq lazımdır ki, strateji müttəfiqimiz Türkiyəni də təzyiqlərdən qurtaraq».