Neft bahalaşdı
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
11:22 | 22 noyabr 2018 | Cümə axşamı
Məqaləyə 2176 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ-ın sanksiyaları qara qızılın qiymətlərinə ciddi təsir göstərib
ABŞ-da neft və benzin ehtiyatları azalması qiymətlərə təsir etdi
“Goldman Sachs” 2026-cı ildə 52 dollarlıq proqnoz verdi
ABŞ-la Çin arasındakı ticarət savaşında qara qızıl zərbə alır
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
Dünya bazarlarında neftin qiymətinin son həftələr ərzində az qala 10 dollar aşağı düşməsi Rusiya hakimiyyətini yenidən islahatları yada salmağa məcbur edib. Rusiya KİV-ləri xəbər verir ki, Mərkəzi Bankın rəhbəri Elvira Naibullina Dövlət Dumasında çıxışı zamanı indiki əlverişsiz vəziyyətdə iqtisadi islahatların gərəkli olduğunu deyib.
“Biz iqtisadiyyatda yenilənməyə getməliyik və indiki əlverişsiz xarici şərtlər altında iqtisadi artımın yeni modelinə keçməliyik”-Naibullina deyib.
Əlverişsiz xarici şərtlər dedikdə Mərkəzi Bank rəhbəri neftin qiymətinin yenidən kəskin aşağı düşməsini, inkişaf etməkdə olan bazarlarda göstəricilərin pisləşməsini, habelə ticarət müharibələrini və sanksiyaları nəzərdə tutur. Naibullina deyib ki, Mərkəzi Bank vaxtında üzən məzənnə siyasətinə keçib və bu da neftin qiymətindən asılı olaraq rublun məzənnəsinin kəskin artıb-enməsinin qarşısını alıb.
Mərkəzi Bank rəhbəri neftin qiymtləri və Rusiya iqtisadiyyatının sonrakı inkişafı ilə bağlı üç mümkün ssenari təqdim edib. Onun sözlərinə görə, neftin qiyməti qarşıdakı iki ildə 75 dollar səviyyəsində qalsa Mərkəzi Bankın ölkədə inflyasiya ilə bağlı proqnozları qüvvəsində qalacaq. Yəni 3-4 faiz səviyyəsində birrəqəmli inflyasiya olacaq.
Əgər neftin qiyməti 55 dollara qədər düşsə o zaman inflyasiya sürətlənə və 5-5.5 faizə çata bilər. Naibullina Mərkəzi Bankın risk ssenarisini də nəzərdən keçirdiyini deyib. Bu ssenariyə əsasən neftin qiyməti 35 dollara düşə və inflyasiya ikirəqəmli ola bilər. Habelə ölkədən əhəmiyyətli kapital axını baş verəcək. Hərçənd o bu ssenarinin az ehtimal olunduğunu deyib.
Xatırladaq ki, ötən gün neftin qiyməti birdən birə 7 faiz aşağı düşüb. Bu, ABŞ-ın müxalif jurnalist Camal Xaşoginin öldürülməsinə görə Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməyəcəyini açıqlamasından sonra baş verib. Hərçənd bu gün neftin qiymətində nisbi artıb qeydə alınıb.
Bununla belə treyderlər bazarda neft bolluğunun müşahidə edildiyini və 2014-cü ildə baş verənlərin təkrarlana biləcəyini deyirlər. ABŞ prezidenti Donald Tramp özünün Tvitter səhifəsində neftin ucuzlaşmasına münasibət bildirib və Səudiyyə Ərəbistanına təşəkkür edib: “Neftin qiyməti düşür. Möhtəşəmdir! Amerika üçün və dünya üçün vergilərin mümkün qədər azalması deməkdir. Həzz alın! 82 dollar idi, oldu 54 dollar. Sağ ol Səudiyyə Ərəbistanı, amma gəlin bir az da aşağı salaq”.