Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
16:20 | 26 fevral 2019 | Çərşənbə axşamı
Məqaləyə 2172 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın müdafiə naziri David Tonoyan Xocalı qurbanlarını andığımız gün bizi hədələyib. Tonoyan deyib ki, müdafiədənsə hücuma üstünlük vermək lazımdır. “Biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş əməliyyatlarının bərpasından gedəcəksə biz ləngiyən deyilik” deyən Tonoyan Azərbaycana açıq-aşkar hədə qorxu gəlir. Yəni o demək istəyir ki, növbəti toqquşmada işğal etdiiymizdən daha artığını işğal edəcəyik.
Azərbaycanın ünvanına edilən bu hədə cavabsız qalmamalıdır. Müdafiə nazirimiz Zakir Həsənov Tonoyana anladığı dildə sərt cavab verməlidir. Necə ki, vaxtilə erməni genarallardan biri “Mingəçevir su elektrik stansiyasını vura bilərik” hədəsinə qarşı Bakıdan İrəvana “biz də Metsamor atom elektrik stansiyasını darmadağın edərik” cavabı ünvanlanmışdı.Bununla da Mingəçevir söhbətini bir daha dillərinə gətirmədilər. Doğrusu bilmirəm cavab nə şəkildə olacaq və ya olacaqmı? Ancaq ən azı Bakıda yüksək səviyyədə Tonoyana xatırladılmalıdır ki, əgər özünün dediyi kimi o Ermənistanın iqtisadi və demoqrafik imkanlarının Azərbaycandan geri qaldığını etiraf edirsə, müharibənin nəticəsini də bu gerilməyə uyğun hesablamalıdır.
Toroyana deyilməlidir ki, Siz 2 milyonsuzsa, biz 10 milyona yaxınıq və ağlınız Azərbaycanda 1990-ların xaos illərinə getməsin, bu dəfə müharibə tək Qarabağı əhatə etməyəcək, Dağlıq Qarabağdakı döyüşlərin üstünə Naxçıvan, Qazax, Tovuz, Gədəbəy yəni haradan mümkündürsə zərbələr endiləcək. Siz hansısa istiqamətdən hücum keçəcəksinizsə, biz həmin yerdə müdafiə olunub, başqa yerlərdən hücuma keçəcəyik. Total xarakter daşıyacaq budəfəki müharibəni işğala son qoyulmayana qədər dayandırmaq da mümkün olmayacaq. Bunları Tonoyanın və erməni cəmiyyətinin diqqətinə çatdırmaq lazımdır. Azərbaycan XİN-in “nazirlərin görüşünə hazırlıq gedir” kimi yumşaq açıqlamalarının (onsuz da status-kvonu uzadan bu görüşlərin nəticəsi yoxdur və qazanan İrəvandır) əvəzinə Azərbaycan Müdafiə Nazirliyinin sərt açıqlamalarına ehtiyac var.
Tonoyan də anlayır ki, Azərbaycan milyardlarla dollar silahı və hərbi texnikanı anbarlarda saxlamaq üçün almır, onlardan istifadə olunacaq. Bunun qarşılığında əlacsız qalan Toroyan yalnız bunu deyir: “Ermənistan silahların alınmasında miqdara yox, keyfiyyətə üstünlük verəcək”. Miqdara üstünlük vermək üçün pulun olmalıdır, o da yoxdur, Ermənistanı qurtaran Rusiyanın peşkəş verdiyi raketlər və qırıcı təyyarələrdir. Təsadüfi deyil ki, Tonoyan Ermənistanın bu yaxınlarda Rusiyadan güzəştli kredit hesabına 4 yeni qırıcı təyyarə alacağını bildirib. Bu ikibaşlı ifadədir. Tonoyan bizə Rusiyanın kimin yanında olduğunu xatırladır.