Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
19:21 | 24 aprel 2019 | Çərşənbə
Məqaləyə 1847 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
OPEC-in Körfəzdəki üzvləri tələb olduğu təqdirdə hasilatı artırmağa hazırdırlar. OPEC-dəki mənbələrin verdikləri məlumatlara görə, OPEC-in Körfəzdəki üzvləri ABŞ-ın İrana qarşı sanksiyasından azadolmaları sona çatdırmasından sonra ortaya çıxacaq neft təklifi kəsirini ödəmək üçün addım atmağa hazırdırlar.
Körfəz bölgəsindəki OPEC üzvlərinin bazarın sabitliyini təmin etməyə sadiq olduqlarını və istehsalı artırmaq qabiliyyətləri olduğunu qeyd edən mənbələr, ancaq istehsalın artırılması istiqamətində bir qərar qəbul etməsinin tələb olub-olmadığından asılı olacağını vurğulayıblar.
OPEC-in istehsalı nə qədər sürətli və hansı miqdarda artıracağı bilinmir. Bu, ancaq digər ölkələrlə aparılacaq məsləhətləşmələrdən sonra müəyyənləşdirilə bilər. “Müzakirə etmək və üzərində işləmək lazımdır. Hörmət edilməsi lazım olan bir OPEC qərarı var və istehsal, tələbatdan əmin olmadan artırılmayacaq”,- mənbə deyib.
Xəbər verdiyimiz kimi, Ağ Evdən verilən yazılı açıqlamada, “ABŞ Prezidenti Donald Tramp, mayın əvvəlində müddəti başa çatan möhləti uzatmamaq qərarı verdi. Bu qərar, İranın neft ixracını sıfıra endirməyi və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı qarşısına məqsəd qoymuşdur”, - ifadələri istifadə edilib.
Digər tərəfdən, ABŞ Xarici İşlər Naziri Mike Pompeo, verilən bu qərarla Tehran üzərindəki iqtisadi təzyiqi daha da artırmağı qarşılarına məqsəd qoyduqlarını bildirərək, müvafiq ölkələrin İrandan neft idxalını bu şəkildə tamamilə dayandıracaqlarını qeyd edib.
Bu qərarla, Noyabrın əvvəlindən 2 Maya qədər (180 günlük) ABŞ-ın İrandan neft idxalına sanksiya nəzərdə tutulan qərarından azad edilmiş Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstanın icazəsi sona çatmış olacaq.