Neft qiymətləri yenidən yüksəldi
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
18:49 | 10 iyun 2019 | Bazar ertəsi
Məqaləyə 2704 dəfə baxılıb
Şriftin ölçüsü
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
ABŞ-İran gərginliyi qiymətləri silkələdi
Diplomatik gözləntilər qiymətləri aşağı çəkir
Hörmüz boğazındakı yeni gərginlik İran, ABŞ və Asiya üçün risklər artır
Hazırkı artım blokadanın yaradacağı təsiri tam əks etdirmir
Enerji qiymətləri kəskin artdı
Qara qızıl bazarında nadir rast gəlinən hadisə yaşandı
Rusiyanın baş nazirinin müavini və maliyyə naziri Anton Siluanov, habelə energetika naziri Aleksandr Novak əmindirlər ki, dünya bazarlarında neftin qiymətinin 30 dollara qədər düşməsi realdır. Və bunun əsası OPEC+ razılaşmasının pozulması ehtimalıdır.
Rusiya nazirlərinin sözlərindən TASS sitat gətirir. “Biz bilmirik yayda nə baş verəcək. Biz bilmirik ki, OPEC+ ölkələri hasilatın məhdudlaşdırılmasına dair razılaşmanı qoruyacaqlar, ya yox. Əgər razılaşmalasalar qiymət 40 dollardan da aşağı düşə bilər, 30 dollara qədər enər”, -hökumət başçısının müavini bildirib.
Energetika naziri Novak da Siluanovun mövqeyini bölüşüb. “Belə ssenari istisna deyil. Çox şey bazarda ilin ikinci yarısındakı situasiyadan asılı olacaq, tələb və təklif arasında balansdan, ticarət müharibələrindən, qeyri-müəyyənlikdən, sanksiya təzyiqlərindən”-Novak deyib.
Hazırda neftin bir barelinin qiyməti dünya birjalarında 63 dollara yaxındır. Ötən həftə qısa müddətə qiymət 60 dollardan aşağı düşmüşdü.
Rusiya və Azərbaycanın da iştirak etdiyi OPEC+ razılaşmasının müddəti 2019-cu ilin iyununda başa çatır. Ötən ilin dekabrında ölkələr hasilatın gündə 1.2 milyon barrel azaldılması barədə razılıq əldə ediblər. Lakin indi bir çox ölkələr və neft şirkətləri hasilatın məhdudlaşdırılmasına tərəfdar deyillər. Çünki əvvəlki razılaşmanın effekti ancaq yarım ilə bəs edib, bundan sonra bazarda təklif əsasən Amerika neftinin hesabına artıb.