
Neft yükəlişini qoruyur
Orta Şərq gərginliyi ilə qara qızılın qiymətini artırır
Orta Şərq gərginliyi ilə qara qızılın qiymətini artırır
İsrailin Qətər hücumu və sanksiya gündəmi qiymətləri yüksəltdi
Zəif tələbat və artan hasilat neft bazarına təzyiq göstərir
OPEC+ qərarı və sanksiya narahatlıqları qiymətləri yüksəltdi
Qara qızıl Rusiyaya qarşı yeni sanksiya hədələri ilə həftəyə artımla başladı
Qara qızıl ötənhəftəki itkisinin bir qismini bərpa etdi
ABŞ göstəricilərindən sonra enerji və kənd təsərrüfatı ucuzlaşdı, metallar bahalaşdı
Təşkilat strategiyasını dəyişib
Bazarda gözləntilərin yüksəldyi deyilir
“2026-cı ilin sonunadək 50 dolların altına enə bilər”
Qara qızıl OPEC+ ərəfəsində ucuzlaşmaqda davam etdirir
Qaçaqmalçılıqla məşğul olan gəmiçilik şirkəti qara siyahıya salınıb
Suriya rəsmi xam neft satışını həyata keçirdi
Çindəki istehsalın daralmasının beşinci ay davam etməsi qiymətləri aşağı çəkir
1 tondan çox xam neft dənizə axdı
Neft bazarı üç ay sonra ilk aylıq enişə hazırlaşır
Özəl sektor məlumatlarının ABŞ-da xam neft ehtiyatlarının təxminən iki ilin ən yüksək səviyyəsinə qalxdığını göstərməsi, ABŞ və Çin arasındakı ticarət anlaşılmazlığının davam etməsi ilə əlaqədar olaraq neft qiymətləri düşür.
Amerikan Neft İnstitutu (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları keçən həftə 4.85 milyon barel artıb.
ABŞ Prezidenti Donald Tramp, Pekinin bu ilin əvvəlində müzakirə edilən maddələrə geri dönənə qədər Çin ilə bir ticarət razılaşması etməyəcəklərini söyləyib.
Bakı vaxtı ilə saat 07:35-ə olan məlumata görə, Brent nefti 4,1 faiz ucuzlaşma ilə 59,83, ABŞ xam nefti isə 4,3 faiz ucuzlaşma ilə 51,05 dollardan alıcı tapıb.
Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Nəzərdə tutulan proqnozların reallaşması və gəlirlərin əldə edilməsi üçün neft ən azı 60 dollar olmalıdır.
Neft qiymətləri, ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsinin neftə tələbi azaltmasının təsiri ilə Aprel sonlarından bu yana 20%-dən çox düşüb.
Birləşmiş Ərəb Əmrliklərinə görə, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və ortaqları, növbəti yığıncağın tarixini təyin etməkdə çətinlik çəkirlər. Buna qarşı, istehsalın azaldılması sazişini uzatmaq mövzusunda razılaşmaya çox yaxındırlar.
* * *
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,78 ABŞ dolları və yaxud 2,74 faiz azalıb. “Azeri Light”-ın bir barelinin qiyməti 63,20 dollar təşkil edib.