Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:11 | 22 iyul 2020 | Çərşənbə
Məqaləyə 12546 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-dakı erməni lobbisinin 2021-ci maliyyə ili üzrə “Dövlət Müdafiəsi Aktı” (National Defense Authorization Act – NDAA) layihəsinə düzəlişlərin daxil edilməsi istiqamətində səyləri nəticəsiz qalıb.
Proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.
Qeyd edilən düzəlişlərin müzakirəsi məqsədi ilə iyulun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsinin iclası keçirilib.
Konqres üzvü Stiv Kohen tərəfindən 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birlikdə bir neçə postsovet ölkələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş və o ərazilərdə qətlə yetirilmiş həmin ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim edilməsi barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
Bu düzəlişdə işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə departamentləri tərəfindən birgə hesabatın Konqresə təqdim edilməsi nəzərdə tutulur. (Vaxt.az)
Bəs bu 296-cı düzəliş nə deməkdir? Qərara
aldım ki, ABŞ-da qəbul edilən sənəd barədə daha ətraflı yazım.
- Deməli, çox adamın başa düşəcəyi kimi Düzəliş (amendment) özü özlüyündə bir sənəd deyil. Bir sənədə “düzəltmə” edilib. Bu hansı sənəddir belə? “National Defence Authorisation Act.” - “Dövlət Müdafiəsi Aktı”dur. Həmin sənət ABŞ-ın Müdafiə Departamentin Gəlirlərini və Xərclərini müəyyən edir. Yani büdcənin bir alt başlığıdır. Ayrı olaraq tərtiblənməyə 1961-ci ildən başlanılıb. 296-ci Düzəliş və ya Əlavə, həmin sənədə edilib.
- ABŞ-ın Müdafiə xərcləri ancaq silah, sursat, avadanlıq, əsgərin ehtiyaclarını qarşılama ilə məhdudlaşmır. Həm də beynəlxalq münasibətlərə baxan tərəfi də var. Bu hissə üçün də zaman-zaman müxtəlif ölkələrə kömək edilir fərqli istiqamətdə. Misal üçün başqa bir sənədin 907-ci Düzəlişi (“Act of Freedom”) dondurulduqdan sonra, Azərbaycan həmin NDAA çərçivəsində son illər hiss olunacaq şəkildə maddi və sursat yardımı alıb (2018-də 58.6 milyon dollar, 2019- 42,9 milyon dollar. Əvvəllər yardımlar 2-3 milyonu keçmirdi). Yəqin ki, eşitmisiniz ki, son illər hərbi yardım Ermənistana azalıb. O da bu başlıq altında edilirdi (2018-də 4.2 milyon dollar, 2019-2.8 milyon dollar, 2020- 2.1 milyon dollar).
Son neçə il NDAA xərcləri kəskin şəkildə artıb və gözlənilir ki, bu 2021-ci ildə də davam edəcək.
NDAA dediyim kimi beynəlxalq münasibətlər çərçivəsində fəaliyyətləri mövcuddur. Misal üçün, Çinlilərin “Huavey” şirkətin ABŞ-da fəaliyyətinin məhdudiyyəti, Rusların Şımal axının tikintisində məhdudiyyətlər həmin sənəd çərçivəsində gətirilib.Gələk 296-cı Düzəlişə. Bu 2021-ci il üçün nəzərdə tutulmuş NDAA Qaydalar Komissiyasında edilən Düzəlişlərin arasından biridir. Həmin sənəd dörd ölkənin (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) qanunsuz işğal olunmuş ərazilərdəki vəziyyəti bir mənalı olaraq təsdiqlənib. Orada yaşamış və məcburən köçmüş, ya da münaqişə zamanı ölmüş insanların vəziyyətini müəyyənləşdirmək üçün əlavə edilib. Həmin arayışı Müdafiə və Dövlət Departamentləri birgə aparacaq.
- Azərbaycan digər üç Post-Sovet ölkə ilə
birlikdə işğal olunmuş ölkələr siyahısına alınıb. Əlbəttə ki, bu Ukraynanın
hesabına olub, amma özü özlüyündə əhəmiyyətli hadisədir.
- Nə deməkdir bu? Birbaşa sənəddən çıxan
nəticələr. Hər dörd dövlət üçün münaqişələrdən birbaşa zərər çəkmiş əhaliyə
yardım təmin ediləcək. Əlavə müxtəlif proqramlar tərtiblənəcək.
- Sənəd çərçivəsində ABŞ işğal olunmuş ərazilərin
azad olunmasını, və dinc əhalinin geri dönməsinə şərait yaratmağa tələb edəcək.
Burada Azərbaycanın üzərinə əhəmiyyətli iş düşür. Hər bir mülk itirən şəxsin
konkret dosye şəklinə dönüşdürülməsinə. Azərbaycanı güclü etdirəcək xüsus, AŞ
İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı"
aparılan davaya qərarı önəmli presedent oynayır.
- Şübhəsiz ki, sənəd əsasən Rusiyaya
qarşı tərtib edilib. Rusiya Ukraynaya aqressor hesab olunduğu üçün, ona qarşı
sanksiyalar və embarqolar tətbiq edilir. Misal üçün, Ermənistana qarşı nə
aqressor olaraq açıq şəkildə adlandırılır nə də ki, sanksiyalar tətbiq olunub
indiyə qədər. İlk dəfə olaraq Ermənistan Rusiya ilə eyni məcraya qoyulur, ki bu
o deməkdir ki, həmin sənəd çərçivəsində Azərbaycan Ermənistana qarşı, Rusiyaya
qarşı tətbiq olunan tədbirlərin həyata keçirilməsini tələb edə bilər.
Diplomatiyanın istiqaməti əsasən bu yöndə olacaq. Yeni Xarici İşlər Nazirin fəaliyyət
sahəsi.
- Sənət dörd GUAM ölkəsini əhatə etdiyi üçün, bu təşkilat üçün də birgə hərəkət ssenarisini müəyyənləşdirib. Daha təsirli olmaq üçün birgə hərəkət etmək çox daha məqsədəuyğundur. Bu həm də ölkələr arasında münasibətləri də daha da gücləndirər.
- Qeyd etmək lazımdır ki, Erməni lobbisi çox səy göstərdi ki, həmin sənəd keçməsin.
Eyni zamanda Azərbaycana qarşı bir xeyli Düzəliş təklifi edildi ki, heç biri
keçmədi. Bu onu göstərir ki, ABŞ-ın bu istiqamətdə ciddi iradəsi var, və Azərbaycan
orda ciddi işləyir.
- Sənəd hələ tam qəbul olunmayıb. Hələ Nümayəndə Palatasında və Senatda təsdiqlənməlidir
və prezident tərəfindən imzalanmalıdır.