“Ölkəni pafoslu sözlərlə qorumurlar”
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
15:56 | 18 fevral 2022 | Cümə
Məqaləyə 1052 dəfə baxılıb
Şriftin ölçüsü
Hərbi ekspert: “Generalitet də dilinə sahib çıxmalıdır”
Pekin boğazın açılmasını istəsə də, qarşılıqlı güzəşt tələb edir
Hörmüz boğazı açılacaqmı?
“BMT ABŞ ilə Qərb dövlətlərinin rəhbərliyi altında təzyiq arenasına çevrilib”
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
İranın iddiası təkzib olundu
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
Birləşmiş Ştatlar Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident Corc H.V. Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-ın Bakıdakı səfirliyi 1992-ci il martın 16-da açılıb, Robert Finn müvəqqəti işlər vəkili təyin edilib.
ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, ABŞ və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və sərmayələri genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır.
“Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin, ATƏT-in Minsk Qrupu vasitəçiliyi də daxil olmaqla, uzunmüddətli və davamlı siyasi həllinin həyata keçirilməsi səylərini qətiyyətlə dəstəkləyir və regional sabitlik, sülh və rifahı təşviq edir” , ABŞ Səfirliyi qeyd edir.
ABŞ Səfirliyinin məlumatında deyilir ki, Azərbaycanın ABŞ ilə diplomatik münasibətlərinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dan böyük tərəfdarı yoxdur.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer münasibətlərin 30-cu ildönümündə deyib: “Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhün tapılmasına və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.
Birləşmiş Ştatların bu çoxmillətli dövlət-özəl sektor arasındakı tərəfdaşlığa davamlı dəstəyi Avropanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq, onun karbondan asılılığının azaldılması səylərini dəstəkləmək və Avropaya qaz tədarükünü şaxələndirmək məqsədimizin bir hissəsi idi.
Təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsində də Azərbaycan terrorizmlə mübarizədə ön sıralardadır və NATO-nun Əfqanıstandakı missiyasına öz töhfəsini verib. Biz təhlükəli materialların və narkotiklərin qarşısını almaq və Xəzərdəki enerji ehtiyatlarını qorumaq üçün Azərbaycanla sıx əməkdaşlıq edirik.
Xalqlarımız arasındakı əlaqələr bizi birləşdirir - ABŞ-da təhsil alan tələbələr, mübadilə proqramları, ortaq mədəniyyətin qorunması proqramları üzrə işlər, jurnalistlərə dəstək - biz hər gün Azərbaycan xalqı ilə birgə çalışırıq”.