Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
14:28 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 1075 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Britaniyanın baş naziri Boris Conson deyir ki, ölkəsi Rusiyanın biznes maraqlarına dərhal sərt sanksiyalar qoyacaq. O, Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı əlavə hərbi addımlarla bağlı xəbərdarlıq edib.
“Dərhal iqtisadi sanksiyalar paketi tətbiq edəcəyik”, – Conson fevralın 22-də milli fövqəladə təhlükəsizlik komitəsinin iclasından sonra jurnalistlərə deyib.
“İlk sanksiya atəşi”
Prezident Putin fevralın 21-də Ukraynanın şərqindəki separatçıların qondarma “DXR” və “LXR” qurumlarını tanıyıb, bu əraziyə ordu yeritməklə bağlı qərar verib.
Qərb liderləri bu addımı pisləyib. ABŞ Donetsk və Luqanska sanksiyaları açıqlayıb, amma hələlik, Rusiyanın özünə sanksiya qərarı verilməyib.
“Vurğulamalıyam ki, bu, Britaniyanın Rusiyaya qarşı ilk iqtisadi sanksiya atəşi olacaq, çünki Rusiyanın irrasional davranışının davam edəcəyini gözləyirik”, – Conson deyib. Onun sözlərinə görə, sanksiyalar “təkcə Donbasda – Luqansk və Donetskdəki qurumları deyil, Rusiyanın özünü hədəfə alacaq, Rusiyanın iqtisadi maraqlarını mümkün qədər bərk vuracağıq”. Conson fevralın 22-də axşam parlament qarşısında sanksiyaları detallı açıqlayacağını bildirib.
Mümkün sanksiyalar
Baş nazirin sözlərinə görə, Rusiya Ukraynaya təcavüz edərsə, Putin “dərin səhv” etdiyini anlayacaq. O, Moskvanın qonşusuna qarşı tammiqyaslı işğalda qərarlı olduğunu düşünür.
“Məncə, bugünkü vəziyyətin faciəvi tərəfi odur ki, Prezident Putin özünü özü kimi müşavirlərlə əhatələyib, onlar ona Ukraynanın əsl dövlət olmadığını deyirlər”, – Conson jurnalistlərə deyib.
Britaniya, özəlliklə paytaxt London Sovet İttifaqı dağılandan sonra zəngin rusiyalıların əmlak aldığı və biznes qurduğu məkana çevrilib.
Britaniya daha öncə Rusiya şirkətlərinin ABŞ dolları və Britaniya funt-sterlinqinə çıxışını kəsməklə, onları London bazarlarında kapital yığımından məhrum etməklə hədələyib.
İndekslər düşür, neft bahalanır
Fevralın 22-də Rusiyanın səhm bazarında azalma qeydə alınıb. Əsas RTS indeksi 9 faizədək azalıb.
Müharibənin genişlənəcəyi və qlobal iqtisadiyyata təsiri sarıdan qorxular Avropa və Asiyada əksər indekslərdə azı 1 faiz düşüşə səbəb olub. ABŞ-da da fyuçers qiymətləri kəskin düşüb.
Neft isə bahalanır. Bunun bir səbəbi Qərb Moskvanın enerji sektoruna sanksiya qoyarsa, Rusiyadan təchizatın kəsiləcəyi ehtimalıdır.
Bu il 25 faizdən çox bahalanan neft fevralın 22-də daha da qalxıb. “Brent” nefti 2014-cü ildən bəri ilk dəfə olaraq 100 dollara yaxınlaşıb.
Qeyd edək ki, dünya bazarında “Azeri Light” (CIF) markalı nefti də bahalanıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,48 faiz və ya 1,45 dollar artaraq 99,34 dollar təşkil edib.