Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
13:18 | 24 fevral 2022 | Cümə axşamı
Məqaləyə 1496 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Rusiya-Ukrayna savaşının Azərbaycan iqtisadiyyatına hər hansı təsirləri olacaqmı? Bu ölkələrdən nə alırıq və onlara nə satırıq?
2020-ci ildə Azərbaycan ilə Ukrayna arasında ümumi ticarət dövriyyəsi 771 milyon 500 min dollar olub. İl ərzində Ukraynadan 418 milyon 455 min dollarlıq mal idxal etmişik və 353 milyon 45 min dollarlıq məhsul isə bu ölkəyə ixrac olunub.
Ukraynadan idxal etdiyimiz malların strukturuna gəldikdə tütün (47 milyon 779 min dollar), iribuynuzlu heyvan əti (27 milyon 992 min dollar), siqaret (22 milyon 165 min dollar), quş əti və onun əlavə məhsulları (20 milyon 977 min dollar), kərə yağı, digər süd yağları və pastaları (19 milyon 949 min dollar), dərman vasitələri (16 milyon 713 min dollar), isti yayılmış polad prokatı (11 milyon 789 min dollar), diri iribuynuzlu heyvanlar (8 milyon 930 min dollar), şokolad və şokolad məhsulları (7 milyon 553 min dollar), təzə meyvə (8 milyon 452 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (7 milyon 734 min dollar), çörək, unlu qənnadı məmulatları (7 milyon 677 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (6 milyon 326 min dollar), süd və qaymaq (4 milyon 310 min dollar) və s. daha çox üstünlük təşkil edir.
Ukraynaya isə il ərzində daha çox təzə meyvə (9 milyon 353 min dollar), reaktiv mühərriklər üçün kerosin yanacağı (3 milyon 210 min dollar), təzə tərəvəz (2 milyon 167 min dollar), sürtgü yağları (1 milyon 726 min dollar), meyvə və tərəvəz şirələri (421 min dollar) və s. məhsulları satmışıq.
Rusiyaya gəldikdə isə, ümumi illik ticarət dövriyyəmiz 2 milyard 671 milyon dollar olub. Rusiyadan idxalımız (1 milyard 962 milyon dollar), şimal qonşumuza ixracımız isə (709 milyon 390 min dollar) olub.
Rusiyadan buğda (293 milyon 234 min dollar), uzununa doğranmış meşə materialları (100 milyon 35 min dollar), mineral gübrələr (79 milyon 223 min dollar), isti yayılmış polad prokatı (55 milyon 843 min dollar), şokolad və şokolad məhsulları (47 milyon 603 min dollar), bitki yağları (46 milyon 162 min dollar), televiziya qəbulediciləri (44 milyon 473 min dollar), yapışdırılmış faner (28 milyon 45 min dollar), dərman vasitələri (27 milyon 585 min dollar), paltaryuyan maşınlar (23 milyon 586 min dollar), kartof (23 milyon 515 min dollar), çörək, unlu qənnadı məmulatları (22 milyon 611 min dollar), ağac yonqarlı plitələr (22 milyon 399 min dollar), marqarin, qida üçün yararlı digər qarışıqlar (20 milyon 610 min dollar), sintetik yuyucu maddələr (17 milyon 438 min dollar), ağac lifli plitələr (15 milyon 436 min dollar), sürtgü yağları (15 milyon 68 min dollar), şəkərdən hazırlanan qənnadı məmulatları (13 milyon 787 min dollar), mineral və qazlı sular (12 milyon 464 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (11 milyon 311 min dollar) və s. məhsullar idxal edirik.
Rusiyaya isə təzə meyvə (274 milyon 832 min dollar), təzə tərəvəz (214 milyon 122 min dollar), kartof (30 milyon 817 min dollar), elektrik enerjisi (11 milyon 738 min dollar), neft koksu (9 milyon 616 min dollar), etilen polimerləri (8 milyon 318 min dollar), meyvə və tərəvəz şirələri (8 milyon 148 min dollar), bentonit gili (7 milyon 956 min dollar), pambıq ipliyi (5 milyon 315 min dollar), Meyvə və tərəvəz konservləri (4 milyon 600 min dollar), tütün (3 milyon 427 min dollar), təbii üzüm şərabları və üzüm suslosu (2 milyon 880 min dollar), çay (1 milyon 689 min dollar) və s. məhsulları ixrac edirik.
Hər iki ölkə üzrə məhsul idxal və ixrac strukturu göstərir ki, savaşın uzun müddətli olacağı halda Ukrayna ilə xarici ticarət dövriyyəmizdə azalmanın olması gözləniləndir. Nəqliyyat əlaqələrinin minimumlaşması da ölkələr arasındakı ticari əməkdaşlığına təsirsiz ötüşməyəcək. Təbii ki, bu təsirlərin miqyası savaşın müddətindən birbaşa asılı olacaq.
Savaş Rusiya ərazisində getmədiyi üçün şimal qonşumuz ilə ticari əlaqələrə hələlik xüsusi təsiri yoxdur. Amma əgər rubl ucuzlaşmaqda davam edərsə və sanksiyalar Rusiyada alıcılıq qabiliyyətini aşağı salarsa o zaman bu qeyri-neft ixracatımıza təsir göstərə bilər. Bu baxımdan, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlarda, o cümlədən Körfəz və Avropa Birliyi ölkələrinə ixrac həcminin artırmaqla bazarların şahələndirilməsi çox vacibdir. İxrac bazarlarının diversifikasiyası xarici şokların təsirlərinin minimumlaşdırılması baxımdan da aktualdır.