Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:16 | 11 mart 2022 | Cümə
Məqaləyə 2202 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya Yaxın Şərqdən “könüllülərin” cəlb edilməsi qərarının arxasında hansı səbəblər dayanır?
Birincisi, Rusiya ordusu Ukraynada güclü müqavimətlə üzləşib. Kreml Ukrayna ordusunun və cəmiyyətinin Rusiya ordusuna qarşı bu şəkildə müqavimət aparacağını gözləmirdi. Görünür, Rusiya kəşfiyyatı Kreml sahibini müharibədən öncə inandırıb ki, döyüşlər cəmi bir neçə gün çəkəcək və Kiyev dərhal təslim olacaq, Ukrayna prezidenti postunu qoyub qaçacaq. Proqnozlar yanlış çıxdı və iki həftədən çox davam edən müharibədə Rusiya ordusu ciddi itkilər verir, döyüşmədən təslim olan rusiyalı hərbçilərin sayı artır. Belə vəziyyətdə Putin onun inamını doğrultmayan müdafiə naziri Sergey Şoyqunun məsləhəti ilə Yaxın Şərqdən “müttəfiqlərini” cəlb etməyi lazım bilib. Əslində bu qərar Kreml sahibinin Ukraynada Rusiya ordusunun ağır durumda olmasının etirafıdır.
İkincisi, Ukrayna tərəfdən də döyüşmək istəyən könüllülərin sayı artıb. Dünyanın müxtəlif ölkələrindən Ukraynaya könüllü axını var, onların içərisində peşəkar hərbçilər də var. Həmin könüllülər döyüşlərdə Rusiya ordusunun itkilərini artıracaqlar. Putin də eyni addımı ataraq beynəlxalq aləmə bu mesajı verir: “Siz tərəfdə muzdlular vuruşursa, biz tərəfdən də muzdlular olacaq”. Kreml Rusiya tərəfdən döyüşəcək könüllülərin guya pulsuz savaşacaqlarını bildirib. Buna kimsə inanmaz. Ukrayna hakimiyyəti gizlətmir ki, könüllülərə məvacib veriləcək. Rusiya da onlar tərəfdən savaşacaq könüllülərə - muzdlu döyüşçülərə valyuta ödəyəcək. Dünyanın heç bir yerində muzdlular havayı döyüşmürlər.
Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdən 16 mindən çox könüllü Rusiya tərəfdən döyüşlərə qatılmaq istəyir. Bu o deməkdir ki, Kreml könüllü məsələsini uzun müddətdir müzakirə edir, əks halda 16 min rəqəmi peyda olmazdı. Bəs Rusiyanın “könüllü” dediyi döyüşçülər kimlərdir? Kreml böyük ehtimalla Suriyada Bəşər Əsəd tərəfdə savaşan qrupları nəzərdə tutur. Bunların içərisində “Hizbullah” da var. Bu qruplaşma Bəşər Əsədə dəstək verən əsas silahlı qruplaşmadır, mərkəzi Livanın paytaxtı Beyrutdadır. Livanın özündə iqtisadi vəziyyət ağırdır, “Hizbullah”ə illərdir maliyələşdirən İranın iqtisadi durumu normal sayıla bilməz. Ona görə də “Hizbullah” döyüşçüləri və onların müttəfiqləri maliyyə vəziyyətlərini düzəltmək üçün Ukraynada döyüşmək təklifini geri çevirməzlər.
Beləliklə, əvvəlki proqnozlarımıza da dayanaraq Kremlin Avropada Qərb ölkələrinə ikinci Suriya yaratmaq istəyi aşkardır. Ukraynadakı savaş beynəlmiləl xarakter daşımağa başlayıb. Ukraynada Rusiya ilə Qərbin maraqları kəsişdiyi kimi müxtəlif millət və silahlı qruplaşmaların, o cümlədən terrorçuların məskəninə çevriləcək. Kremlin siyasətini bu cümlə ilə izah etmək olar: “Bizi (Rusiyanı) batırmaq istəyirsinizsə, biz də Sizi (Ukrayna və Qərbi) batıracağıq”.
Maraqlıdır ki, Rusiya və bəzi Qərb ölkələri Ermənistanın saxta təbliğatına qoşularaq İkinci Qarabağ müharibəsində Azərbaycanın guya Yaxın Şərqdən silahlı qrupları bölgəyə cəlb etdiyini vurğulayırdılar. Bunun yalan olduğu üzə çıxdı. Ortaya bir fakt qoya bilmədilər. Azərbaycan ordusu savaşdı, 3 min şəhid verdi və torpaqlarının böyük hissəsini azad etdi. Rusiya və Qərb ölkələri isə artıq özləri də gizlətmirlər ki, Ukraynada könüllülərin savaşmasını təşviq edirlər.