
Qızılın qiymətləri yüksəlir
Qiymətli metal 45 illik zirvəni fəth edib
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
Tramp FED-dən tələb etdi
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
Qiyməti 5.000 dollara qədər yüksələ bilər
Qiymətli metal FED gözləntiləri ilə 3 600 dolları aşaraq zirvəyə çatdı
İnvestorların diqqəti ABŞ göstəricilərinə yönəlib
“FED-ə inam zəifləsə, qızıl 5 min dollara çata bilər”
Qızıl da 1 faiz bahalaşdı
Qiymətli metal avqustda 3,9 faiz dəyər qazanıb
Ağ Ev FED mübarizəsi “təhlükəsiz liman”ın cazibəsini artırır
ABŞ xəzinə istiqrazları arasında 24 ilin ən böyük fərqi yaranıb
Qiymətlər FED müstəqilliyi ilə bağlı narahatlıqlar fonunda geriləyib
““Russell 2000” indeksi böyük kapitalizasiyanı geridə qoyacaq”
ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir. Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən dəyərsizləşməkdədir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. Strateji məhsulların qiymətlərində də azalmalar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz azalmasına səbəb olub. Birjalarda volalitliyin artmasına həmçinin dolların möhkəmlənməsi də təsirsiz ötüşmür.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) düz 1 həftə sonra, mayın 3-də, yenidən toplanacaq. ABŞ-da müşahidə edilən inflyasiya səbəbindən FED-in uçot dərəcəsini gələn ay yenidən artıracağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi fonunda FED uçot dərəcəsini daha çevik yüksəltməyi hədəfləyir. Bu isə dünya bazarında dolların kursunun daha da möhkəmlənəcəyindən xəbər verir. Digər tərəfdən, birjalardakı qeyri-müəyyənlik kontekstində investorların valyuta bazarlarına sərmayələri də artır ki, bu da dolları daha da gücləndirir.
Dünya bazarında möhkəmlənən dolların manata nisbətən kursu necə dəyişəcək?
Əvvəllərdə də qeyd etdiyimiz kimi, bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.
Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.