Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
10:51 | 29 aprel 2022 | Cümə
Məqaləyə 1571 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Aprelin 28-də Almaniya Rusiya neftinə tam embarqo qoyulmasına qarşı olmadığını bəyan edəndən sonra dünya bazarında neftin qiyməti qalxıb. “The Wall Street Journal” yazır ki, Avropa İttifaqındakı Almaniya nümayəndələri Rusiya neftinə tam qadağan qoyulmasına qarşı çıxmayacaqlar, amma alternativ təchizat kanalı tapması üçün Berlinə zaman verilməlidir.
Bundan əvvəl, aprelin 26-da Almaniyanın iqtisadiyyat naziri Robert Habek demişdi ki, onun ölkəsi Rusiya neftinə Avropa İttifaqının tam embarqo qoymasının yaratdığı çətinliyin öhdəsindən gələ bilər.
O əlavə etmişdi ki, Berlin Rusiya neftinə tezliklə alternativ tapacağına ümid edir.
Bu arada “Brent” markasından olan neftin qiyməti 1.41 dollar artaraq bir barel üçün 106.73 dollara çatıb. ABŞ nefti isə 1.95 dollar bahalaşaraq bir barel üçün 104.05 dollara yüksəlib.
Almaniya Rusiya neftindən son dərəcə asılıdır və buna görə də onun Avropa İttifaqı tərəfindən tam qadağan olunmasına qarşı çıxırdı.
***
Ukrayna müharibəsindən əvvəl Rusiya nefti Almaniyanın təchizatının üçdə birini təşkil edirdi.
Bundan bir ay əvvəl Almaniyanın iqtisadiyyat naziri Rusiya neftinin idxalının 25 faizə salındığı elan etmişdi.
Nyu Yorkdakı “Again Capital LLC” firmasının eksperti Con Kilduf deyib: “Bunun nəticəsi olaraq azad dünyanın bazarındakı neft bahalaşacaq, Dəmir Pərdənin arxasındakı neft isə qiymətdən düşərək son dərəcə ucuzlaşacaq”.
Rusiya özünün enerji ixracından Moskvanın Ukraynaya müdaxiləsinə sərt reaksiya vermiş ABŞ və onun müttəfiqlərinə qarşı silah kimi istifadə etməyə çalışır.
Rusiya aprelin 27-də Polşa və Bolqarıstana verilən qazı kəsib. Moskva bununla Avropa İttifaqını qaz üçün ödənişlərin Rusiyanın qoyduğu yeni qayda, daha doğrusu rublla edilməsinə məcbur etməyə çalışır.
Rusiya prezidenti Vladimir Putin bu yeni qayda barədə sərəncamı ona görə verib ki, Aİ ölkələri üzərinə sanksiyalar qoyduqları “Gazprombank”da hesab açmağa məcbur olsunlar.
***
“Reuters” agentliyinin tanış olduğu Rusiya İqtisadiyyat Nazirliyinə aid sənədlərdən birinə görə Rusiyada neft hasilatı 2022-ci ildə 17 faiz azala bilər.
Agentlik bildirir ki, buna baxmayaraq Rusiyanın da daxil olduğu OPEC+ qrupunun mayın 5-də keçiriləcək iclasında da hasilatın tədricən artırılmasına dair razılaşmanın qüvvədə qalacağı gözlənilir.
Bu da xəbər verilir ki, aprelin 28-də ABŞ dolları bahalaşaraq son 20 ildə ən yüksək həddinə çatıb.
Ekspertlər bildirirlər ki, dolların bahalaşması adətən neftin ucuzlaşması ilə müşayiət olunur.
Çin Pekində COVID-19-la bağlı karantin tədbirlərini sərtləşdirib və şəhərin 22 milyonluq əhalisinin kütləvi test olunmasına başlayıb.
Belə karantin tədbirləri adətən zavod və fabriklərin təchizatında fasilələr yaradır.
Bunun özü də neftə tələbatı kəskin azaldan amillərdən sayılır.