Türkə qarşı xüsusi nifrətin mənbəyi ...
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
19:25 | 12 may 2022 | Cümə axşamı
Məqaləyə 683 dəfə baxılıb
Şriftin ölçüsü
... Yaxud Əli Laricaninin aradan götürülməsinə görə minnətdarlıq
Fars-molla rejimi liderinin nüfuzu azalıb, rəqiblər ondan sonrakı dövrə hazırlaşırlar
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Ərdəbil vilayətinin həkim çatışmazlığı problemi ilə üzləşdiyi və tibbi infrastrukturunun ölkə ortalamasına nisbət aşağı səviyyədə olduğu bildirilir.
İRNA-nın yaydığı xəbərə görə, Ərdəbil Tibb Elmləri Universitetinin rəhbəri Dr. Əli Məhəmmədiyan vilayətdə 476 mütəxəssis və 92 alt ixtisas mütəxəssis həkim mövcuddur, ancaq buna baxmayaraq, vilayətin həkim sayı baxımından çatışmazlıqla üzləşdiyini açıqlayıb.
O, həmçinin Ərdəbil Tibb Universitetinin təhsil imkanlarının da məhdud olduğunu və yetərli olmadığını qeyd edib. Məhəmmədiyan iki illik pandemiya dönəmində vilayətin xəstəxanalarının tibbi təchizat, tikinti, maliyyə kreditləri və işçi qüvvəsi infrastrukturunun çox köhnəlmiş olduğunu irəli sürüb.
Rəsminin dediyinə görə, Ərdəbil Tibb Universitetinin tələbə qəbulu 20 faiz artırılıb, lakin bu universitetin təhsil imkanları bu qədər tələbə yetişdirməyə kifayət etmir.
Ərdəbil vilayətinin həkim yetişdirmək üçün təhsil imkanlarının ölkə üzrə ortalamasından aşağı olması ilə yanaşı ölkənin vilayətlərində həkimlərin ədalətsiz şəkildə bölgüsü və yerləşdirilməsi problemi var.
Ölkənin ən inkişaf etmiş vilayətində həkim sayı baxımından ən məhrum buraxılmış vilayətlə müqayisədə on qatdan çox fərq var. Yəni inkişaf etmiş vilayətlərdə vətəndaşa düşən həkim sayı məhrum buraxılmışlara görə 10 qat daha çoxdur. Başqa sözlə, həkimlərin Tehran kimi vilayətlərə immiqrasiyası nəticəsində məhrum vilayətlərdə həkim sayı azalır.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, İranda hər 10 min nəfərə düşən həkim sayı təxminən 16-dır.