
Putin soyuq su içsin...
... suyu bulandırmağa çalışmasın
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
İslahatlar aparmaq üçün səlahiyyət verilmiş kadrların problemə baxışı çox vacibdir. Prezident İlham Əliyev 2020-ci ildə Davos Forumunda çıxışı zamanı belə bir cümlə işlətmişdi: "21-ci əsrdə uğur qazanmaq yalnız 20-ci əsrin baxışlarına riayət etmədən mümkündür". Dövlət başçısının fikrincə, islahatları aparmaq üçün hökumətdə yeni adamlar lazımdır.
Yeni dövrün çağırışlarını məhz yeni adamlar müəyyən edir. İslahatçı kadrlar- uğuru təmin edəcək çox mühüm faktordur.
Yaxşı iqtisadçı, vergi mütəxəssisi, gömrük işçisi və digəri hələ islahatçı məmur demək deyil. İslahatçı məmur prosesə baxışı olan, problemi dərk edən və haradan başlamaq lazım olduğunu müəyyən edən, buna əmin olan, təkliflərini hazırlayan, siyasi iradə nümayiş etdirən, strateji baxışı olan şəxsdir.
Bu adam hamını dəyər verdiyi əla iqtisadçı, gözəl bankir, əvəzolunmaz gömrükçü, və s. məmur OLMAYA da bilər.
Əsas məsələ onun islahat tələb olunun sahəyə baxışı, innovativliyi və strateji məqsədə çatmaq üçün zəruri olan fəhmidir.
Yaxşı iqtisadçı, bankir, vergi mütəxəssisi yalnız onlara tapşırılan işin yüksək səviyyədə görülməsinə və təhvil verilməsinə nail olur.
İslahatçı məmur isə heç kimin görmədiyini görən, “sınıq maşının” pis işləməsinə görə deyinən yox, o maşını sındırıb yeni xanədən başlayacaq, ona yön verə biləcək şəxsdir.
Qalanları isə bu işdə yalnız prosesin uğurunu təmin edəcək detallardır.
Çin məsəlində olduğu kimi: “İslahatlar küləyi əsirsə, onun qarşısını almaq yox, yel dəyirmanları tikmək lazımdır.”
İslahatçılar - bu yel dəyirmanlarını tikməyi bacaranlardır.