Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:55 | 16 iyun 2022 | Cümə axşamı
Məqaləyə 843 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“Azərbaycanda demokratiyanı, müstəqilliyi dəstəkləyən ölkələr arasında Amerika Birləşmiş Ştatları ən önəmlisidir”. Bunu iyunun 16-da Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.
O, səfərinin ilk günü, iyunun 15-də prezident İlham Əliyevlə görüşdüyünü xatırladaraq bildirib ki, prezident Bayden administrasiyası inteqrasiya və sülh üçün region ölkələri ilə işləməyə sadiqdir.
Onun sözlərinə görə, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.
Dövlət katibinin köməkçisi qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə, bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.
O, uzun illər münaqişə vəziyyətində olan Azərbaycan və Ermənistan arasında münasibətlərə də toxunaraq vurğulayıb ki, bu iki ölkə arasında sülhə nail olmaq üçün müxtəlif elementlər var: “Bu elementlər arasında kommunikasiya, tranzit əlaqələri vacibdir və hazırda bu elementlər danışıqların önəmli hissəsini təşkil edir. Mən ümid edirəm ki, hər iki ölkə bu məsələlərdə proqresə nail ola biləcək”.
İyunun 15-dən Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bir sıra görüşlər keçirib.
***
O, rəsmilərdən prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla görüşərək Azərbaycanla Ermənistan arasında sülh danışıqları, enerji və bir sıra başqa məsələləri müzakirə edib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycandan Gürcüstana, oradan da Ermənistana getməlidir.