ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
10:41 | 17 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1528 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
Bu həftə birjalarda hansı dəyişiklik gözlənilir? Bu dəfə neft-qaz qiymətləri barədə yeni proqnoz yoxdur. Bəs, valyutalar və qızılı hansı dəyişikliklər gözləyir? Birjalardakı son vəziyyət “İnvestisiya Şirkəti”nin təqdimatında...
Avro
Ötən həftə Amerikada artımla dərc olunan inflyasiya göstəricilərindən sonra FED-in noyabr toplantısında uçot dərəcələrini növbəti dəfə 0.75 faiz artıracağı ehtimallarının daha da qüvvətlənməsi fonunda dollar indeksi yenidən 113 bənd hədlərinə yüksəldi. Proqnozlara əsasən dollar indeksindəki yüksəliş davam edərsə, avronun məzənnəsi 0.95-a kimi ucuzlaşa bilər.
Funt-sterlinq
Cari ticarət həftəsinin çərşənbə günü İngiltərədə açıqlanacaq inflyasiya göstəriciləri funt-sterlinq dollar cütlüyündəki tendensiyanın gedişatında həlledici rol oynaya bilər. Cütlük üzərində təzyiqlər artmaqda davam edərsə, funt dollar qarşısında 1.08 dollara kimi ucuzlaşa bilər.
Türkiyə lirəsi
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının cümə axşamı baş tutacaq toplantısında faiz dərəcələrinin 100 baza bəndi azaldacağı ehtimal olunur. Növbəti faiz endirimi reallaşarsa, dolların məzənnəsi lirəyə nisbətdə 19.0000 hədlərinə kimi bahalaşa bilər.
Qızıl
ABŞ-da artımla açıqlanan inflyasiya göstəricilərindən sonra kəskin ucuzlaşan qızıl hazırda 1643$-dan təklif olunur. 1638 dolların altına düşsə, qiymətli metalın bir unsiya üzrə dəyəri yenidən 1620-a kimi ucuzlaşa bilər.