Rusiyada Orucova 16 il cəza
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
11:28 | 31 oktyabr 2022 | Bazar ertəsi
Məqaləyə 1621 dəfə baxılıb
Şriftin ölçüsü
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
Şagirdlərin hücum xəbərlərinin mediada yayımını məhdudlaşdıran qanun layihəsi hazırlanır
Ölənlər var
PUA zərbələri güclü yanğına səbəb oldu
Rusiyada anti-polis çağırışları: “Rəsmi sənədlərə etibar etməyin”
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiyada məhkum qadınların sayı niyə artır?
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Rusiya hücum infrastrukturunu qurub, planları nəzərdən keçirib
20-29 yaş arası gənclərin sayı 40, doğuş səviyyəsi isə 25 faiz azalıb
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Avropanın qaz bazarında mövqelərini itirmək üzrədir. Əgər keçmiş illərdə Avropa İttifaqının Rusiya qazından asılılığı 35 faiz civarında idisə, hazırda bu rəqəm 7 faizə qədər enib. Bəzi ölkələr isə ümumiyyətlə Rusiya qazından tamamilə imtina ediblər, ilin başlanğıcından qaz ehtiyatlarını başqa ölkələrdən idxal hesabına doldurublar. Rusiya qazından ən çox asılı olan ölkələrdən biri Almaniya idi. Ancaq hətta Almaniya belə bu qış Rusiya qazı olmadan keçinməyə çalışacaq. Avropa ölkələri baha olmasında baxmayaraq, ABŞ-dan kifayət qədər sıxılmış qaz alıblar. Avropa ölkələrinin ABŞ və Norveçdən aldıqları qaz tələbatın təxminən 80 faizini ödəyir.
Rusiya Avropaya sata bilmədiyi qazı Asiya bölgəsinə istiqamətləndirməyə çalışır. Əsas hədəf Çindir. Ancaq bu istiqaməti hərəkət gətirmək üçün illər lazımdır. Rusiya iqtisadçılarının fikrincə, Moskvanın Pekinlə danışıqlarda mövqeləri zəifdir. Pekin bilir ki, Rusiya Avropaya sata bitmədiyi qazı Çinə satmağa çalışır. Ona görə də Pekin qərarında tələsmir və qazın qiymətini aşağı salmağa çalışır ki, bu Rusiyanın maraqlarına cavab vermir.
Rusiyanın “Qazprom” şirkəti Pekinlə danışıqlardan narazıdır. “Qazprom“ şirkətinin qaz nəqli 40 faizdən çox azalıb. Bu təxminən 59 milyard kubmetr qaz həcmidir. Bu ilin sonu üçün “Qazprom”un itkiləri daha da artacaq. Bu səbəbdən Avropa bazarını Asiya bazarı ilə əvəz etmək praktik baxımdan mümkün deyil. Buna görə də rusiyalı iqtisadi ekspertlər Sibirin qaz infrastrukturunun inkişafına xərclərin azaldılması vacibliyini bildiriblər. Çünki Sibirin qaz infrastrukturuna qoyulacaq yatırımlar geri qayıtmayacaq.
Buna baxmayaraq, Rusiya Çinə “Sibirin gücü – 2” boru xəttinin tikintisinə başlamaq istəyir. Boru xətti Monqolustanın ərazisindən keçməlidir. Rusiya hakimiyyəti hesab edir ki, Çinin iqtisadi inkişafı artdıqca bu ölkənin əlavə enerjiyə ehtiyacı olacaq. Çin Rusiya qazını ucuz almağa çalışacaq. “Qazprom” şirkəti Avropada həm bazarını, həm də gəlirlərini itirir.
Rusiya İran üzərindən Pakistan bazarına da çıxış əldə etmək istəyir. Pakistanın qaza tələbatı var. Ona görə bəzi ekspertlərin fikrincə, Rusiya İran və Pakistanla qaz anlaşmaları imzalaya bilər. Ancaq bu layihənin reallaşması üçün zaman lazımdır.