
Qızılın qiymətləri yüksəlir
Qiymətli metal 45 illik zirvəni fəth edib
Qiymətli metal 45 illik zirvəni fəth edib
Mərkəzi Bank ehtiyatlarını aktivlərinin 30%-inə yüksəldəcək
Tramp FED-dən tələb etdi
Valyuta bazarında statistikaya əsaslanan siqnallar
Qiymətli metalı rekord səviyyə çatdıran səbəblər nələrdir?
Sabah və birisi gün açıqlanacaq ABŞ məlumatları qiymətli metala təkan verə bilər
Qiyməti 5.000 dollara qədər yüksələ bilər
Qiymətli metal FED gözləntiləri ilə 3 600 dolları aşaraq zirvəyə çatdı
Bankomatlar xırda pul vermir
İnvestorların diqqəti ABŞ göstəricilərinə yönəlib
“FED-ə inam zəifləsə, qızıl 5 min dollara çata bilər”
Qızıl da 1 faiz bahalaşdı
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
Qiymətli metal avqustda 3,9 faiz dəyər qazanıb
Ağ Ev FED mübarizəsi “təhlükəsiz liman”ın cazibəsini artırır
10 milyard avrodan çox məbləğ bloklandı
Dünən ABŞ Federal Ehtiyat Sistemi (FED) 1-2 noyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.
Uçot dərəcəsinin 75 baza bəndi artırılaraq 3.75-4.00 faiz aralığına qaldırıldığı son iclasın protokollarında qarşıdakı iclaslarda faiz artımı tempinin aşağı düşə biləcəyinə dair siqnallar diqqət çəkdi.
Protokollarda bəzi FED rəsmilərinin faiz dərəcələrinin sürətlə artmasından irəli gələn risklərə diqqət çəkdiyi, bəzi üzvlərin isə faiz artımının yavaşlamasının bazarlarda mümkün volatillik ehtimalını azalda biləcəyini qeyd etdiyi bildirilib.
Hazırda birjalar FED-in dekabr toplantısında uçot dərəcələrini 75 faiz ehtimalla 0.50 faiz, 25 faiz ehtimalla isə 0.75 faiz artıracağı proqnozlarını qiymətləndirir. FED-in fevral iclasında isə uçot dərəcələrini 0.50 faiz artıracağı ilə bağlı ehtimallar 50 faizin üzərindədir. Bu isə dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu.Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə, avro və funt-sterlinq cütlükləri müvafiq olaraq 1.05 dollar və 1.22-yə kimi bahalaşa bilər.
Son 2 ayda üfüqi tendensiya sərgiləməsi ilə diqqət çəkən Türk lirəsinin gələcək taleyinə bu gün keçiriləcək toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının verəcəyi faiz qərarı aydınlıq gətirə bilər. Ehtimal olunduğu kimi uçot dərəcələri 9.00 faizə endirilərsə, bu lirənin ucuzlaşmasına səbəb ola bilər.
Dollar indeksindəki geriləmə fonunda qızıla tələb yenidən artır. Hazırda dünya birjalarında 1754 dollardan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1750 həddinin üzərində möhkəmlənə bilsə, 1776-ya kimi bahalaşa bilər.