ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
08:46 | 25 noyabr 2022 | Cümə
Məqaləyə 1484 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Goldman Sachs”dan qiymətli metala dair yeni yüksəliş siqnalı
ETF axınları və FED faiz endirimləri büdcəyə 990 milyard əlavə gəlir gətirəcək
Bazar iştirakçılarının FED-in dekabr ayında keçirilməsi planlaşdırılan toplantısında uçot dərəcələrini dörddə üç faiz ehtimalla 0.50 faiz, dörddə bir faiz ehtimalla isə 0.75 faiz artıracağı proqnozlarını qiymətləndirməsi dollar indeksinin 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu. Təhlillərə əsasən dollar indeksindəki geriləmə davam edərsə, avro və funt-sterlinq müvafiq olaraq 1.05 dollar və 1.22-ə kimi bahalaşa bilər.
Bu gün Almaniyanın iqtisadi inkişaf səviyyəsinə dair açıqlanacaq statistik göstəricilər investorların diqqət mərkəzində olacaq.
Cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50 faizdən-dən 9-a endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. Türk lirəsi son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
Dollar indeksindəki geriləmə fonunda qızıla tələb artır. Hazırda dünya birjalarında 1759 dollardan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1761 həddinin üzərinə yüksəlsə, 1780 dollara kimi bahalaşa bilər.