
FED gözləntiləri
Sentyabrda faiz endirimi və bazar reaksiyaları
Sentyabrda faiz endirimi və bazar reaksiyaları
“İstanbul” birjasının qiymətli metal bazarında hərəkətlilik
Maliyyə iştirakçıları mərkəzi bankların siyasətini izləyir
ABŞ Prezidenti qızılda nöqtəni qoydu
Avropa Birliyi Mərkəzi Bankı “euro” banknotlarının dizaynını yeniləyir
FED isə “Jackson Hole” simpoziumuna fokuslanıb
100 dolları aşan qiymət fərqi 60-a düşdü
Qiymətli metal sentyabrda faiz endirimi gözləntiləri fonunda mövqeyini qoruyur
ABŞ-dakı zəif məşğulluq göstəriciləri fonunda qiymətlər sabitləşdi
FED-in faiz siyasəti, zəifləyən dollar və mərkəzi bankların alışları qiymətləri yüksəldə bilər
AB-AB tarifə razılaşması və FED qərarı öncəsi qiymətlər sabitləşdi
Tarif danışıqlarındakı irəliləyişlər qiymətlərə təsir edir
Ticarət razılaşması sonrası qiymətli metalın qiymətində azalma yaşadı
Trampın tarif siqnalları fonunda ehtiyatlı ticarət
Qərb birjalarından qovulan Moskvanın yeganə çıxışı Pekin bazarıdır
FED-i sarsıdan təzyiqlər, Trampın sədrlik planı və tarif qorxusu fonunda qiymətlər yüksəlir
Ötən həftənin cümə axşamı Federal Ehtiyat Sistemi (FED) 1-2 noyabr tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.
Avro
Uçot dərəcəsinin 75 baza bəndi artırılaraq 3.75-4.00 faiz aralığına qaldırıldığı son iclasın protokollarında qarşıdakı iclaslarda faiz artımı tempinin aşağı düşə biləcəyinə dair siqnallar diqqət çəkdi.
Ötən həftə birjalar FED-in dekabr toplantısında uçot dərəcələrini 75 faiz ehtimalla 0.50 faiz, 25 faiz ehtimalla isə 0.75 faiz artıracağı proqnozlarını qiymətləndirir. Bu isə dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər geriləməsinə səbəb oldu.
Lakin bu həftə Almaniyada və Avrozonada açıqlanacaq inflyasiya rəqəmləri, Amerikada dərc olunacaq ÜDM-in həcmi və “NFP” göstəricisi Dollar İndeksində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Nəticələr proqnozları üstələyərsə, dollar indeksində eniş tendensiyası artım trendi ilə əvəzlənə bilər. Təhlillərə əsasən dollar indeksi 108 bənd həddindəki müqavimət həddi qırılsa, avro və funt-sterlinqdə trend enişə doğru dəyişə bilər.
Funt-sterlinq
Bu həftə İngiltərədə açıqlanacaq sənaye sektorunda biznes aktivliyi indeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. GBPUSD cütlüyündə qiymətlər 1.2100 müqavimətini qıra bilməsə, funt-sterlinq dollar qarşısında ucuzlaşa bilər. Əgər 1.2100 həddi yuxarıya doğru qırılarsa, artım tendensiyası davam edə bilər.
Türk lirəsi
Ötən həftənin cümə axşamı keçirilən toplantısı zamanı Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı uçot dərəcələrini 10.50 faizdən 9.00 faizə endirsə də, valyuta bazarlarında dolların təklifinin çoxluğu səbəbilə lirədə kəskin ucuzlaşma müşahidə olunmadı. Türk-lirəsi son 2 aydır müşahidə olunan üfüqi tendensiyasını davam etdirir.
Qızıl
Dollar indeksinin ucuzlaşması fonunda qızıla tələb qorunur. Ötən həftənin sonu 1745 dollara kimi ucuzlaşsa da, buradan dəstək alaraq 1754 həddinə kimi bahalaşdı. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800 dollara kimi bahalaşa bilər. Dollar indeksi 108 bənd həddi üzərində möhkəmlənərsə, qızıl yenidən 1720-ə kimi ucuzlaşa bilər.