Neft qiymətləri yüksəlişdə
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
08:38 | 4 dekabr 2022 | Bazar
Məqaləyə 5710 dəfə baxılıb
Şriftin ölçüsü
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
Rusiya neftinin bir barel üçün maksimum satış qiyməti üçün 60 dollar tətbiqinin (Avropa İttifaqı və Böyük yeddilik ölkələrinin Rusiyaya qarşı yeni sanksiyası kimi qəbul etmək olar – 5 dekabr tarixindən qüvvəyə minəcək) əlbəttə ki, bazarlara təsiri olacaq.
İlk təsir emosional faktorlardan qaynaqlanacaq: çünki bu hadisəni alovlandıran hər iki tərəfin (bu qərarı verən ölkələr və Rusiya) bir birinə zidd səsləndirdikləri fikirlər olacaq.
Qərar faktiki olaraq Cümə günü dünya birjaları bağlandığı zamana təsadüf etdiyindən biz onun təzahürlərini bazar ertəsi hiss edəcəyik.
Amma elektron hərraclarda bu gün neft qiymətlərinin nəzərə çapmayacaq dərəcədə aşağı enməsini görürük, “Brent”in fevral fyuçersləri 85,5 dollar ətrafında ticarət edilir.
ABŞ Maliyyə nazirliyinin açıqlanan məlumatında bildirilir ki, Rusiya yuxarı hədd qiymətini keçməmək şərti ilə qlobal bazarlarda neft tədarükçüsü kimi iştirak edə bilər.
Noyabr ayı üçün “Urals” markalı neftin orta satış qiyməti RF Maliyyə nazirliyinin açıqlamasına görə, 66,47 dollar təşkil edib. Amma noyabrda Rusiya neftinin ən ucuz partiyası CİF müqaviləsi (alıcıya çatdırılma nöqtəsində təhvil verilir) ilə 52 dollara satılıb. FOB müqavilə ilə (sahilyanı terminalda alıcıya təhvil verilir) satılan ən ucuz partiyanın qiyməti isə 48 dollar olub.
Yəni bu statistikadan çıxış etsək, Qərbin Rusiya neftinə qarşı atdığı son qadağa bazarda bərqərar olmuş vəziyyətin hüquqi müstəviyə keçirilməsidir. Məqsəd isə həm də Rusiyanın neft hasilatını azaltmağa vadar etməkdir.
Təbii ki, qlobal bazarda xüsusi çəkisi azalacaq Rusiyanın yerini digər oyunçular tutmalıdır (qazdan fərqli olaraq neftdə buna nail olmaq daha az müddət tələb edir). Məsələn, ABŞ, Səudiyyə, İraq, Liviya və Venesuela nefti hesabına 2023-cü ildə buna nail olmaq daha real görünür.
Gələn həftə əvvəli neft qiymətlərinə təsir edəcək daha bir hadisəni müşahidə edəcəyik: OPEC+ çərçivəsində 2023-cü ilin yanvarından yeni kvotaların müəyyənləşdirilməsi. OPEC+ hasilatı azaltmaq haqda qərar verərsə, onda təbii ki, neft qiymətləri artıma doğru istiqamətlənəcək. Bazara əlavə neft çıxartmaq fikrində olacaqsa, biz cari ildə neftin hətta 80 dollardan aşağı qiymətə satılan partiyaları ilə də üzləşə bilərik.
Azərbaycana gəldikdə isə.. bizim bazarlara çıxartdığımız neftin qiyməti beynəlxalq birjalarda təyin edilmir. Sadəcə “Brent”in gündəlik spot qiymətinə oriyentasiyalı olduğundan qlobal bazarda artım və azalma ilə düz mütənasiblik əlaqələrində ticarət edilir. Amma “Brent” markalı neftdən daha böyük fərqlə baha qiymətə satışlarımız ola bilər. Çünki “Urals” markalı neftin Avropada satış həcmi azaldıqda yüngül neft markalarına ilk dövrdə tələbat artmalıdır, bu isə Türkiyə üzərindən qlobal bazara çıxardığımız Ceyhan BTC “Blend” markalı neftin (“Azeri Ligth” markası Supsadan ixrac edilən neftə şamil olunur, amma 8 aya yaxındır ki, bu terminaldan bazara xammal çıxarılmır) həmin gün satılan “Brent”lə müqayisədə daha bahalı satılmasına səbəb ola bilər.