Neft bahalaşdı
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
13:48 | 5 aprel 2014 | Şənbə
Məqaləyə 1726 dəfə baxılıb
Şriftin ölçüsü
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
ABŞ-ın Krıma görə Rusiyaya qarşı sərt diplomatik ritorikadan istifadə etdiyi və sanksiyalar tətbiq etdiyi bir vaxtda rəsmi Bakı Vaşinqtonu «ikiüzlülükdə» ittiham edən sərt məktub göndərib.
Bir neçə gün öncə göndərilən bu məktub Qərb mətbuatında da rezonans doğurub. Bu məktub bu günlərdə ingilisdilli və almandilli nəşrlərdə müzakirə mövzusuna çevrilib.
Virtualaz.org saytı Amerika mənbələrinə istinadən xəbər verir ki, deputat və Azərbaycan hakimiyyətinin lobbi işlərinin təşkilatçısı olan Elxan Süleymanov ABŞ-ın vitse-prezidenti Cozef Baydenə, Nümayəndələr Palatasının spikeri Con Bonerə göndərdiyi məktubda rəsmi Vaşinqtonun Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyini niyə Qarabağla əlaqədar 24 ildir ortaya qoymadığını soruşub.
E.Süleymanov ABŞ-ın bu davranışını «ikili standartlar və ikiüzlülük nümunəsi» adlandırıb.
Deputat yazır ki, Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən beynəlxalq normaların tapdalanması nəticəsində 24 ildir işğal olunub. Lakin ABŞ ərazi bütövlüyü prinsipinin pozulmasına dair bu faktı və 1 milyona yaxın azərbaycanlı qaçqının əzab çəkməsini 24 ildir qulaqardına vurur.
E.Süleymanov ABŞ vitse-prezidentini və Nümayəndələr Palatasının spikerini Ukrayna kimi Azərbaycanın da ərazi bütövlüyünü ciddi diplomatik narahatlıq mənbəyinə çevirməyə çağırır.
«Qanun qanundur və müxtəlif ölkələr üçün müxtəlif cür interpretasiya oluna bilməz. Azərbaycan ərazisinin az qala beşdə biri 24 ildir erməni əsgərlərinin işğalı altındadır. Bəs hanı Ermənistana qarşı sanksiyalar?» - deyə deputat məktubunda sual edir.
O bildirir ki, ABŞ vaxtilə təcavüzkarı cəzalandırmaq əvəzinə mübahisəli 907-ci düzəliş vasitəsilə Azərbaycanı cəzalandırıb.
Deputat Nümayəndələr Palatasını Ukrayna kimi Azərbaycanın da ərazi bütövlüyünə dəstək verməyə, 907-ci düzəlişi ləğv etməyə çağırıb.