Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
23:19 | 1 mart 2025 | Şənbə
Məqaləyə 558 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna rəhbərliyi strateji dalana dirənib və ABŞ prezidenti Donald Trampın müvəqqəti atəşkəslə bağlı təklifini nəzərdən keçirməkdən belə imtina edir.
Bu, təkcə səhv deyil – bu, müharibənin reallığını və onun geosiyasi nəticələrini fundamental şəkildə anlamamaq deməkdir. Tramp, praqmatik siyasətçi kimi, yekun sülh razılaşmasını deyil, strateji mənzərəni dəyişə biləcək bir atəşkəsi, fasiləni təklif edirdi.
Ukrayna prezidenti Vladimir Zelenski, görünür, ya bunu anlamadı, ya da qəsdən bu siqnalı görməzdən gəldi.
Bənzər yanaşmalar tarixdə artıq mövcud olub. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs buna bariz nümunədir. O zaman müharibənin dayanması münaqişəni həll etmədi, əksinə, onun onilliklər sonra yeni şiddətlə davam etməsinə zəmin yaratdı. Bununla belə, Azərbaycanın fərqi ondadır ki, bu fasilədən strateji üstünlük qazanmaq üçün istifadə etdi, amma Ukrayna belə bir çeviklik göstərməkdən uzaqdır.
Məsələ danışıqların aparılıb-aparılmamasında deyil, proses iştirakçılarının motivasiyasındadır. Ukrayna elitaları üçün bu müharibə təkcə sağ qalmaq məsələsi deyil, həm də hakimiyyəti qorumaq mexanizmidir. Ona görə də hər hansı bir razılaşma cəhdi daxili müqavimətlə qarşılanır.
V.Zelenski atəşkəsi fürsət kimi yox, öz siyasi gələcəyi üçün təhlükə kimi görür və məhz bu, onun qərarlarını müəyyən edir. Amma obyektiv reallıq budur ki, istənilən halda Ukrayna rəhbərliyində kimlərsə nə vaxtsa fasilənin qaçılmazlığını qəbul etməyə məcbur olacaq – heç olmasa ona görə ki, ölkə hər gün minə yaxın insan itirir.
Fəqət Ukraynanın vəziyyətinin fəlakətli olduğu açıq-aşkardırsa, Rusiyanın mövqeyinə də diqqət yetirmək lazımdır. Rusiya prezidenti Vladimir Putinin təsir imkanları artıq əvvəlki kimi monolit deyil. Müharibə təkcə Ukrayna dövlətini zəiflətmədi – o, Moskvaya da ciddi zərbə vuraraq onu yeni reallıqlara uyğunlaşmağa məcbur etdi. Əvvəllər Kreml öz geosiyasi təsir mexanizmlərinə arxalana bilirdi, amma bu gün Rusiya öz strateji prioritetlərini yenidən müəyyənləşdirməyə məcburdur.
Dünya dəyişir və Moskva yeni müttəfiqlər axtarmağa məcburdur. Bu kontekstdə ən vacib sual budur: Rusiyanı bu yeni siyasi nizamda kim təmsil edəcək? Onun hazırkı rəhbərliyi bu vəzifənin öhdəsindən gələ biləcəkmi? Cavab, çox güman ki, mənfidir. Əgər bir neçə il əvvəl o, qlobal qarşıdurmada açar fiqur kimi qəbul olunurdusa, bu gün onun dünya arenasındakı mövcudluğu getdikcə daha çox suallar doğurur. Elə bir vəziyyət yaranır ki, Vaşinqton artıq Rusiyanı əsas rəqib kimi deyil, Çinə qarşı mümkün əks-tərəfdaş kimi nəzərdən keçirir.
Bu yeni konfiqurasiyada Rusiyanın indiki rəhbərliyi Qərbin strateqləri üçün nə dərəcədə uyğun fiqurdur?
Müharibə hər iki tərəfi – həm Ukraynanı, həm də Rusiyanı zəiflətdi. Kiyev sürətlə insan və maddi resurslarını itirir, Moskva isə öz hərbi potensialının artıq danılmaz üstünlük olmadığını görməyə başlayır. Bu gün Rusiya dronları İrandan alır, Şimali Koreyanın əsgərlərinə, artilleriya qurğularına və raketlərinə möhtac qalır, onun silah texnologiyaları – nüvə arsenalından savayı – gözləntiləri doğrultmur. Belə bir vəziyyətdə Moskva qaçılmaz olaraq yeni strateji həllər axtarmalıdır.
Ancaq hazırkı hakimiyyət buna nə dərəcədə hazırdır? Bu, yaxın gələcəkdə cavabını tapmalı olan əsas sualdır.