
Avropada gömrük qadağaları
Tətil dönüşündə ölkəyə gətirilməsi qadağan olunan əşyalar
Tətil dönüşündə ölkəyə gətirilməsi qadağan olunan əşyalar
Yaxud seks işçiliyi və qlobal sosial paradiqmaların böhranı
İqlim dəyişikliyinin gətirdiyi turist axını Qrenlandiyada sosial böhran yaradıb
“Ən yaxşı qiymət” tələbi illərlə davam edib – Avropa şirkətləri zərərin ödənilməsini istəyir
ABŞ vizası üçün depozit şərt tətbiq oluna bilər
Plan tutarsa, zəncirvari şəkildə bütün iş sektorlarını canlanacaq, ölkəyə ciddi pullar gələcək
Şirkət manipulyasiya yolu ilə müştərilərindən artıq ödəniş alıb
Həddindən artıq istilərlə əlaqədar 21 şəhər üçün həyəcan təbili
Turistlərin dörddə birindən çoxu paytaxtı tərk etmir
Səyahət qeydiyyatı saytında diqqətli olun, kredit kartı məlumatlarınız oğurlana bilər
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Turizm hədəfi kazino biznesini aktual məsələyə çevirir
Neapolda trosun qopması faciəyə səbəb oldu
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Biletləri bir neçə dəqiqədə bitən “Sirli uçuş” təyyarəsinə minənlər ...
Dünyanın ən soyuq yeri məşhur kütləvi turizm məkanına necə çevrildi?
Bu ilin yanvar ayında ölkəmizin turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dörd beynəlxalq sərgidə nümayiş olunacaq. Lent.az-ın məlumatına görə, bu sərgilərdən birincisi ABŞ-ın Nyu-York şəhərində yanvarın 18-dən 20-dək gerçəkləşəcək. “The New York Times Travel Show” adlı sərgidə ölkəmizin turizm imkanlarının təbliğ olunması üçün Nazirlik tərəfindən 28 kvadrat metrlik lövhə icarəyə götürülüb. Burada Azərbaycanın regionlarını, paytaxt Bakını, ölkəmizin təbiətini, milli mətbəximizi, turizm potensialını təbliğ etmək məqsədilə ingilis dilində 20 adda reklam-çap məhsulu nümayiş etdiriləcək. Sərgidə Nazirliyin nümayəndələri ilə yanaşı, ölkəmizin 8 turizm şirkətinin təmsilçiləri də iştirak edəcək.
İkinci sərgi Türkiyənin İstanbul şəhərində 24-27 yanvar tarixlərində reallaşacaq “EMİTT-2013”dür. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək. Nazirlik tərəfindən icarəyə götürülmüş sahədə 25 adda ingilis və türk dillərində hazırlanmış reklam-çap məhsulları ziyarətçilərə paylanacaq. Sərgidə eyni zamanda 9 yerli turizm şirkəti və 5 mehmanxana da öz məhsullarını nümayiş etdirəcək.