
Tolerant olmaq ...
Kiminə çətindir, kiminə asan
Kiminə çətindir, kiminə asan
... Yaxud Tanrı yoxdursa, nə var?
... Yaxud “Namaz hansı dildə qılınmalıdır?” polemikasına bir baxış
Məqsəd nədir?
Məqsəd nədir?
Məqsəd nədir?
Məqsəd nədir?
Almaniyanın Düsseldorf şəhərində qürbətçi fəhlə iş yerində namaz qıldığı üçün maaşından kəsilib. Lakin şirkət işçinin imana və iş intizamına münasibətini yüksək qiymətləndirərək maaşını qaytararaq ona ibadət azadlığını təmin edib.
Almaniyanın Düsseldorf şəhərindəki “Mercedes-Benz AG Werk” zavodunda çalışan qürbətçi fəhlə Mehmet iş saatlarında namaz qıla bilmək üçün aylarca iş yerindən kartlı çıxış sistemindən istifadə edərək çölə çıxıb yenidən qayıdıb. Bu təcrübə onun maaşından aylıq təxminən 500 avro kəsilməsi ilə nəticələndi. Bununla belə, Yılmaz inancından güzəştə getməyib.
***
Bir müddət sonra bəzi işçilərin namaz qılmaqdan şikayətindən sonra şirkət rəhbərliyi hərəkətə keçib. Altı ay ərzində Yılmazın davranışı gizli şəkildə izlənilib. Rəhbərlik işçinin həm dini sədaqətə, həm də əmək intizamına sadiqliyinə diqqətlə nəzarət edib.
Prosesin sonunda Məhmət üst səviyyə idarəçilər tərəfindən görüşə çağırılıb. Müsahibəyə təşvişlə gedən qürbətçi gözlənilməz sürprizlə qarşılaşıb.
***
Şirkət rəhbərləri Məhmətə təşəkkürlərini bu sözlərlə ifadə etdilər: “Siz həqiqətən dindar və dürüst bir insansınız. Namaz vaxtlarında göstərdiyiniz həssaslıq və işinizə olan bağlılığınız bizi təsirləndirdi. Artıq dualarınız üçün kart çap etməyə ehtiyacınız yoxdur. Namazınızı sərbəst qıla bilərsiniz”.
***
Şirkət Mehmetin yaşadığı maaş itkisini də müəyyənləşdirib. Altı ay ərzində edilən kəilmələr hesablanıb və ümumi məbləğ birdəfəlik geri qaytarılıb. Bu jest həm Yılmaza, həm də həmkarlarına təsir edib.
Bu nümunəvi davranışından sonra danışan Mehmet “Yalnız vəzifəmi yerinə yetirdim. Həm inancıma, həm də işimə sadiq qaldım. Bunu belə gözəl şəkildə görmək məni çox sevindirdi”, – deyib.