Rusların Serbiya qapısı da bağlanır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
16:20 | 2 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 173 dəfə baxılıb
Şriftin ölçüsü
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Avropa Birliyi (AB) Rusiyaya qarşı xam neftin tavan qiymətinin aşağı salınmasını ehtiva edən 18-ci sanksiyalar paketinin hazırlanmasına başlayıb.
Avropa Birliyi Komissiyasının sədri Ursula Von der Leyen Berlində ABŞ senatoru Lindsi Qraham ilə görüşündən sonra sosial media hesabında paylaşım edib.
ABŞ Senatının və Respublikaçıların önəmli simalarından olan Qrahamla xoş görüş keçirdiyinə diqqət çəkən Von der Leyen, “AB, xam neftin tavan qiymətinin aşağı salınması da daxil olmaqla, 18-ci sərt sanksiyalar paketini hazırlayır. Bu addımlar ABŞ-ın aldığı tədbirlərlə birlikdə sanksiyamızın ortaq təsirini əhəmiyyətli dərəcədə artıracaq”, – deyib.
AB Komissiyasından verilən açıqlamada, AB-nin Rusiyanın enerji gəlirlərini, o cümlədən Şimal axını infrastrukturunu, Rusiyanın bank sektorunu və xam neftin qiymətinin aşağı salınmasını hədəfləyən 18-ci sanksiya paketi üçün hazırlıqlara başladığı vurğulanıb.
Bəyanatda Rusiyanın neftini nəql etmək üçün istifadə etdiyi kölgə donanmasını hədəf alan addımların da həyata keçirildiyi xatırladılıb və məqsədin Kremlin maliyyə qaynaqlarını azaltmaq olduğu bildirilib.
AB indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib. Bu çərçivədə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli məhsullar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalıb.
Sanksiyalar Rusiyadan AB-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının daşınmasına qadağa, bəzi Rusiya banklarının “SWIFT” beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını əhatə edib.
AB-nin sanksiya siyahısına 2000-dən çox şəxs və qurum da daxildir. AB ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağası və 60 dollar/barel tavan qiymət qərarları 2022-ci ilin sonunda qüvvəyə minib.
Bu çərçivədə Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən baha satılarsa, G7 və AB ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası və brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməz. Bu xidmətləri göstərmək üçün Rusiya nefti tavan qiymətindən aşağı satılmalıdır.
AB Rusiya neftinin tavan qiymətinin aşağı salınmasını və ölkənin neft gəlirlərinin daha da azaldılmasını istəyir.