vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KULİNARİYA  
Bədəni təmizləyən super güc 19:44 | 2 iyun 2025 | Bazar ertəsi Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bədəni təmizləyən super güc

Xərçəngə qarşı qalxan yaradan qida

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Yeni bir araşdırmaya görə, gündəlik lif əlavəsi bədəndə yığılan və xərçəngə səbəb ola biləcək zərərli kimyəvi maddələrin səviyyəsini azaltmaqda təsirli ola bilər.

“The Daily Mail”də yer alan xəbərə görə, Boston Universitetində aparılan yeni bir araşdırma, gündəlik lif əlavəsinin bədəndə yığılan və xərçəngə səbəb ola bilən “davamlı kimyəvi maddələrin” (PFAS) səviyyəsini azalda biləcəyini ortaya qoydu.

“Environmental Health” jurnalında dərc edilən araşdırmada 18-65 yaş arası 72 kişi dörd həftə ərzində müayinə olunub. İştirakçılar iki qrupa bölünüblər və hər yeməkdən əvvəl yulaf, göbələk və toxumlarda olan beta-qlükan lifi və ya düyü əsaslı plasebo əlavəsi qəbul etdilər.

Tədqiqatın sonunda beta-qlükan lifi qəbul edən qrupun qanında PFAS səviyyələrində orta hesabla 8 faiz azalma müşahidə edildi. Bu azalma PFOA və PFOS kimi ən təhlükəli PFAS növləri üçün xüsusilə nəzərə çarpırdı. Sözügedən kimyəvi maddələr tez-tez yanğınsöndürmə köpüklərində, yapışmayan qablarda və ləkəyə davamlı parçalarda istifadə olunur. Bu maddələr zamanla orqanizmdə toplana bilər, bu da hormonal balansın pozulmasına və xərçəng riskinə səbəb olur.

 

PFAS niyə təhlükəlidir?

 

PFAS (per və polifluoroalkil maddələr) ətraf mühitdə təbii olaraq parçalanmayan və uzun illər bədəndə qalan zəhərli kimyəvi maddələr kimi tanınır. Onlar plastik qablardan, yapışmayan qablardan və bəzi suya davamlı məhsullardan insanlara keçərək orqanlarda yerləşə bilirlər.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) PFOA-nı “Qrup 1” kanserogen kimi təsnif edir, PFOS isə “Qrup 2” kateqoriyaya daxildir. Hər iki kimyəvi maddənin endokrin sistemi poza biləcəyi, başda döş və yumurtalıq xərçəngi olmaqla hormonlara həssas xərçəng riskini artırdığı ifadə edilir.

 

Lif necə təsir edir?

 

Tədqiqatçılar hesab edirlər ki, lif həzm sistemində gel əmələ gətirir, PFAS-ın bağırsaqlara bağlı öd turşularını tutmasına imkan verir və beləliklə, bu zərərli maddələr nəcislə bədəndən xaric olur. Bu proses kimyəvi maddələrin qan dövranına daxil olmasının qarşısını alır, potensial sağlamlıq risklərini azaldır.

Lif eyni zamanda qəbizliyin qarşısını alaraq bağırsaq hərəkətlərini tənzimləyir və nəcisin kolonla təmas müddətini azaldaraq iltihab və hüceyrə mutasiyalarından qoruyur. Bu da kolon xərçəngi riskinin azalmasına kömək edir.

Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, hər növ lif PFAS-a eyni təsir göstərə bilməz. Fərqli lif növlərinin təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğu vurğulanır. PFAS-ın bədəndə iki ildən yeddi ilədək qala biləcəyi üçün bu qısamüddətli dörd həftəlik araşdırmanın məhdud nəticələr verdiyi də bildirilir.

Digər tərəfdən, ABŞ-da əhalinin 90 faizi tövsiyə olunan gündəlik lif miqdarını, yəni 22-34 qramı istehlak etmir. Bu, təkcə PFAS deyil, həm də kolon xərçəngi kimi digər sağlamlıq risklərini artırır.

“PFAS-ın toksik təsirləri ilə bağlı artan narahatlıqlar var, lakin bu kimyəvi maddələrin bədəndən çıxarılmasına yönəlmiş elmi araşdırmalar çox məhduddur. Bizim tapıntılar göstərir ki, sadə pəhriz dəyişiklikləri ilə bu toksinləri azaltmaq mümkün ola bilər”, – Boston Universitetinin tədqiqatçıları deyib.