Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
23:21 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 284 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Hər tərəfindən neft fışqıran bölgədə qırğındır, raketlər uçur, təyyarələr bomba atır, amma, neft 7 faiz ucuzlaşdı – niyə, çünki bazar ən böyük indikatordur, “danışılmış döyüş”, olan kimi bunun qoxusunu həmən hiss edir.
ABŞ İrana 48 saat qabaq deyir ki, filan-filan yerləri vuracağıq, nəyiniz var çıxarın, vurmalıyıq, əl çəkmirlər bizdən – İran da 24 saat qabaq dəqiq saatını, yerini, raket sayını ABŞ-a bildirib, “sizə ziyan dəyməsin, zatən biz daxildə bunu qələbə kimi elan edəcəyik”, – deyib raketlər atır.
Bütün bunu para-pul, birja-bazar həmən anlayır, ona görə də belə reaksiya verir.
Bir daha deyim – bu raket və dron savaşı yaxın zamanda bitəcək, danışıqlar dayanmadan gedir, sadəcə, hər kəs özünü qalib etmək üçün təməl yaradır.
İranda əsas hadisələr atəşkəsdən sonra başlayacaq, ölkə daxildən qaynayacaq. Daxili qrupların hökumətə sualları artacaq, sorğulama çoxalacaq.
ABŞ-ın, İsrailin xaricdən, “hökumətinizi, sisteminizi dəyişin”, mesajları yanlış və absuddur – Şərq toplumuna kənardan belə mesajlar əks-effekt yaradır, İran xalqı özü bir qərar verəcək, Qərbin kənardan siyasi müdaxilə cəhdi, tam tərsi, sistemi gücləndirir...