
Pıçıldamayan akademik ...
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
... yaxud elm və təhsilə ayrılan dövlət büdcəsinin qaymağını sümürən AMEA-da nə ixtira olunur?
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
2 uşaq ölüb
Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
Yazılarımızın ilk oxucuları özümüzdük
Bütün məlumatlar sistemə daxil olacaq
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur
Arif Babayevin gözəl nitqi, güclü riyazi məntiqi və yüksək mədəniyyəti vardı
Provayderlər ehtiyat yayımı üzərində işləyir
Qırğızıstanda (İssık-Kul) Türk Dünyası Riyaziyyat Cəmiyyətinin V konqresi keçirilib. AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr bölməsindən ANS PRESS-ə verilən məlumata görə, konqresdə dünyanın 20 ölkəsindən 300-ə yaxın riyaziyyatçı alim iştirak edib.
Azərbaycandan Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun direktoru, cəmiyyətin vitse-prezidenti Fikrət Əliyev, həmin institutun professoru, cəmiyyətin idarə heyətinin üzvü Yusif Qasımov, MDU-nun Bakı filialının professoru, idarə heyətinin üzvü Azad Tağızadə və başqaları iştirak ediblər.
2011-ci ildə cəmiyyətin Bakıda keçirilən IV konqresində fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov cəmiyyətin prezidenti seçilib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Qırğızıstandakı konfransda cəmiyyətin 3 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Türk Dünyası Riyaziyyat Cəmiyyəti V konqresinin bağlanış iclasında qarşıdan gələn 3 il müddətinə Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev cəmiyyətin prezidenti seçilib.