Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
09:26 | 30 iyul 2025 | Çərşənbə
Məqaləyə 371 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiya təhdidi neft bazarında qiymət artımına səbəb olub. Prezident Moskvanın Ukrayna müharibəsini qısa müddətdə dayandırmaması halında sərt tədbirlər görəcəyini bəyan edib.
Vaxt.az xəbər verir ki, “Brent” markalı xam neftin qiyməti 0,19 faiz artaraq 72,65 dollar, ABŞ-ın “WTI” markalı nefti isə 0,03 faiz artımla 69,23 dollar səviyyəsinə yüksəlib. Artımın əsas səbəbi kimi bazarda təchizatın azalacağı ilə bağlı narahatlıqlar göstərilir.
Trampın dünən verdiyi açıqlamada deyilir: “Rusiya yaxın 10-12 gün ərzində bu müharibəni dayandırmasa, çox ciddi addımlar atılacaq. Ticarət tərəfdaşlarına qarşı 100 faizlik ikinci dərəcəli tariflər gündəmdədir”.
Bu xəbər, daha əvvəl elan edilən 50 günlük möhlətin ciddi şəkildə qısaldıldığını göstərir.
Mövzunu Stokholmda şərh edən ABŞ Maliyyə naziri Skott Bessent, Rusiyanın neft satışında əsas müştərisi olan Çini xəbərdar edərək bildirib ki, əgər Çin Rusiyadan neft almağa davam edərsə, yüksək tariflərlə üzləşəcək.
“JP Morgan” analitiklərinin açıqlamasına görə, Çin ABŞ sanksiyalarına əməl etməyə hazır görünmür, lakin Hindistan müəyyən uyğunluq siqnalları verir. Bu isə gündəlik 2,3 milyon barel Rusiya neftinin ixracını təhlükə altına sala bilər. Belə bir risk, qlobal enerji bazarında daha kəskin qiymət dəyişikliklərinə yol aça bilər.
Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 1.19 dollar və ya 1.55 faiz bahalaşaraq 77,01 ABŞ dolları səviyyəsində qərarlaşıb.