Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
08:06 | 4 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 384 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
“OPEC+” ölkələrinin sentyabrda böyük həcmdə istehsal artımına razılıq verməsindən sonra bu gün neft qiymətlərini düşürüb. Eyni zamanda, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da iqtisadi yavaşlama qorxuları da qiymətlərə təzyiq göstərir.
Vaxt.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 0,50 faiz azalaraq 69,46 dollara, ABŞ “WTI” nefti isə 0,50 faiz düşərək 67,20 dollara satılıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqlərindən ibarət “OPEC+” qrupu dünən keçirilən iclasında sentyabr ayı üçün gündəlik neft istehsalını 547 min barel artırmaq qərarı verib. Bu qərar sağlam iqtisadi göstəricilər və aşağı ehtiyat səviyyələri əsasında əsaslandırılıb.
“Goldman Sachs” analitikləri isə mart ayından başlayaraq istehsal artımı edən “OPEC+” ölkələrinin gerçəkdə gündəlik təxminən 1,7 milyon barel istehsal artımı edəcəyini proqnozlaşdırırlar. Qrupun bəzi üzvləri əvvəllər istehsalı artırmışdı, indi isə həmin istehsalı azaldırlar.
Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 1.64 dollar və ya 2.05 faiz ucuzlaşaraq 78,33 ABŞ dolları səviyyəsində qərarlaşıb.