Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
12:22 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 411 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Səudiyyə Ərəbistanının dövlətə məxsus neft şirkəti “Aramco” qlobal neft qiymətlərindəki azalma səbəbilə ardıcıl onuncu rübdə də mənfəət itkisi yaşadığını açıqlayıb.
Şirkətin cari ilin ikinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalaraq 85,63 milyard rial (təxminən 22,8 milyard dollar) təşkil edib. Bu göstərici “Bloomberg”in 89,34 milyard riallıq proqnozundan aşağıdır.
“Aramco” dividendləri azaldır, lakin nağd çatışmazlığı davam edir
Şirkət 2025-ci ilin əvvəlində dividend ödənişini üçdə bir nisbətində azaldaraq təxminən 85 milyard dollara endirəcəyini bildirmişdi. Lakin şirkət bu ödənişləri təmin edəcək qədər nağd vəsait formalaşdıra bilmir.
Londonda neftin qiyməti isə ikinci rübdə keçən ilin eyni dövrünə nisbətən orta hesabla bir barel üçün 20 dollar azalıb. Hazırda “Brent” markalı xam neft bir barel üçün 70 dolların altında ticarət olunur. Bu isə Beynəlxalq Valyuta Fondunun (BVF) Səudiyyə Ərəbistanı hökumət büdcəsini tarazlaşdırmaq üçün nəzərdə tutduğu 90 dollardan xeyli aşağıdır.
Nağd axın 20% azaldı, dividendlər əvvəlki ilə nisbətdə 30% aşağı düşdü
İkinci rübdə şirkətin ümumi dividend ödənişi 21,36 milyard dollar olub. Bu, cari ilin birinci rübü ilə eyni olsa da, keçən ilin eyni dövründəki 31 milyard dollardan 30% daha azdır.
Əsas səbəb “Aramco”nun 2022-ci ildəki yüksək mənfəət paylamasından sonra performansa əsaslanan əlavələrdən imtina etməsidir.
Bu arada şirkətin sərbəst nağd axını ikinci rübdə 20% azalaraq 15,2 milyard dollara enib – bu da dividendləri tam ödəməyə yetərli deyil.
“Aramco”nun xalis borcu isə 24,7 milyard dollardan 30,8 milyard dollara yüksəlib.
İstehsal artırılır, borclanma da
Şirkət yaranan açığı qarşılamaq üçün borclanma imkanlarını artırıb. Bu da borclanma nisbətini 5,3%-dən 6,5%-ə yüksəldib. Hərçənd bu göstərici “Shell Plc” şirkətinin 19%-lik borclanma nisbəti ilə müqayisədə hələ də aşağıdır.
“Aramco”, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi “OPEC+” ölkələrinin qərarı çərçivəsində son aylarda istehsalı artırır. Yekun qərara görə, sentyabr ayından etibarən “OPEC+” ölkələri gündəlik istehsala 547 min barel əlavə edəcək.
“Aramco”nun baş icraçı direktoru Amin Nasser bildirib ki, neftə tələbatın artacağına əmindir. Onun sözlərinə görə, bazarın təməl göstəriciləri hələ də güclü qalır və 2025-ci ilin ikinci yarısında gündəlik tələbat ilk yarı ilə müqayisədə 2 milyon bareldən çox olacaq.