
Kremlin qara günləri
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
Əsas dəstək zonası müdafiə oluna biləcəkmi?
Çin, rəqəmsal aktivlərə yanaşmasını yenidən formalaşdıraraq, yuanla dəstəklənən sabit kriptovalyutaların istifadəsini artırmaq üçün mühüm addım atmağa hazırlaşır. Məsələ ilə bağlı mənbələr bildirir ki, ölkənin ali icraedici orqanı olan Dövlət Şurası ay sonuna qədər bu mövzuya dair əhatəli bir yol xəritəsini qiymətləndirəcək. Bu qərarın Çinin qlobal maliyyə sistemində yuanın istifadəsini artırmaq məqsədi üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.
Hazırlanan planın sabit kriptovalyutaların istifadəsi üçün hədəflər, tənzimləyici qurumların vəzifə bölgüsü və risk idarəçiliyi prinsiplərini əhatə edəcəyi bildirilib. Bu addım Çinin 2021-ci ildə kriptovalyuta ticarətini və mədənçiliyini qadağan etməsindən sonra rəqəmsal aktivlər sahəsində atacağı ən böyük siyasət dəyişikliklərindən biri olacaq.
Honq-Konq və Şanxay pilot bölgələr olacaq
Çinli rəsmilər, Honq-Konq və Şanxay şəhərlərinin yaxınlaşan tənzimləmələrin tətbiqində öncül rol oynayacağını açıqlayıb. Avqustun 1-də qüvvəyə minən Honq-Konq sabit kripto qanunu, bu bölgəyə hüquqi infrastruktur təmin edir. Çin Mərkəzi Bankının (PBOC) müşaviri Huanq Yipinq, Honq-Konqda ofşor yuan dəstəklı sabit kriptovalyutanın mümkünlüyünü qeyd edib.
Eyni zamanda, Şanxayda da rəqəmsal yuan üçün beynəlxalq əməliyyat mərkəzinin yaradılması prosesi davam edir. Çin hökuməti bu addımları yuanın sərhədlərarası əməliyyatlarda istifadəsini artırmaq üçün strateji vasitə kimi qiymətləndirir.
ŞƏT zirvəsi və beynəlxalq əməkdaşlıq gündəmdə
Yuanın qlobal istifadəsini artırmaq məqsədilə Çin, 31 avqust-1 sentyabr tarixlərində Tianjində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvəsində sabit kriptovalyutaların istifadəsini müzakirəyə çıxaracaq. Zirvədə, yuan dəstəklı sabit kriptovalyutaların sərhədlərarası ödənişlərdə tətbiqi ilə bağlı çoxşaxəli danışıqların aparılması gözlənilir.
“Standard Chartered”in proqnozlarına görə, hazırda 247 milyard dollar dəyərində olan sabit kriptovalyuta bazarının 2028-ci ilə qədər 2 trilyon dollara qədər böyüyəcəyi gözlənilir. Çin bu fürsətdən yararlanmaq üçün hərəkət planını sürətləndirir.