Neftin bahalanmasının fəsadı
Elektrikli avtomobillərə tələbat artıb
08:07 | 22 avqust 2025 | Cümə
Məqaləyə 1636 dəfə baxılıb
Şriftin ölçüsü
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Rusiya ilə Ukrayna arasında təcili sülh razılaşmasına dair ümidlərin azalması və treyderlərin daha yüksək risk primlərini nəzərə almağa başlaması fonunda, neft qiymətləri iki günlük artımdan sonra sabitləşib.
“Brent” markalı xam neft fyuçersləri 2 sent və ya 0,03% artaraq bir barel üçün 67,69 dollar, oktyabr tədarüklü “West Texas Intermediate” (“WTI”) isə həmin qədər bahalaşaraq 63,54 dollar olub.
Hər iki göstərici əvvəlki ticarət günündə 1%-dən çox artmışdı: “Brent” 2,7%, “WTI” isə 1,1% bahalaşmışdı. ABŞ-ın sabiq prezidenti Donald Trampın rəhbərliyi ilə münaqişəni sürətlə bitirə biləcəyi barədə optimizm, danışıqların dayanması, Avropa Birliyi sərhədinə yaxın son Rusiya hava zərbələri və Ukraynanın bir Rusiya neft emalı zavoduna hücumu xəbərləri fonunda azalıb.
Ağ Evin ticarət müşaviri Piter Navarro Hindistanın Rusiya neftini almağa davam etməsini yenidən kəskin tənqid edib və avqustun 27-də planlaşdırıldığı kimi ABŞ-ın Hindistandan idxalata tətbiq edəcəyi rüsumların iki dəfə artırılacağını gözlədiyini bildirib:“Hindistan qan tökülməsindəki rolunu qəbul etmək istəmir kimi görünür. Onların bu neftə ehtiyacı yoxdur. Bu, əsasən neft emalı müəssisələrinin mənfəət bölgüsünə əsaslanan bir razılaşmadır”.
ABŞ prezidenti Donald Tramp Hindistandan ABŞ-a ixrac olunan məhsullara tətbiq edilən gömrük rüsumlarını 50%-ə qaldırmaqla hədələyib. Bildirilir ki, bu artımın yarısı Hindistanın Rusiya xam neftini alması ilə bağlıdır.
Bununla belə, Cənubi Asiya ölkəsindəki emal zavodları qısa fasilədən sonra yenidən alımlara başlayıb. Moskvanın rəsmi nümayəndəsi isə axının davam edəcəyini gözlədiklərini bildirib.
Analitiklər atəşkəs imkanlarının zəiflədyini, bunun isə ABŞ-ın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etmə riskini artırdığını bildirirlər. Bu arada, ABŞ və Avropalı müttəfiqlərin davam edən gərginlik fonunda hərbi variantlar üzərində işlədiyi qeyd olunur.
Neft qiymətləri ötən həftə ABŞ-da xam neft ehtiyatlarının gözləniləndən daha çox – 6 milyon barel azalması ilə dəstəklənmişdi. Bu, güclü tələbin göstəricisi sayılır.
İnvestorlar indi ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin (Jerome Powell) çıxışını izləyirlər. Onun “Jackson Hole” iqtisadi simpoziumunda iqtisadi artımı stimullaşdıra biləcək və neft tələbatını daha da artıracaq potensial faiz endirimlərinə işarə edə biləcəyi gözlənilir.