Qızıl 4 min dolların altına düşdü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
10:17 | 22 avqust 2025 | Cümə
Məqaləyə 1412 dəfə baxılıb
Şriftin ölçüsü
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Birjalar çökür, məşhur şirkətlərin hissələri və kriptovalyutalar həddindən artıq ucuzlaşdı
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qlobal bazarların gözü ABŞ Federal Ehtiyat Sistemi (FED) rəhbəri Cerom Pauellin (Jerome Powell) Kanzas Siti FED-in ABŞ-ın Vayominq ştatının Cekson-Hol (Jackson Hole) şəhərində keçirilən simpoziumunda bu gün Bakı vaxtı ilə 18:00-da iqtisadi mənzərə barədə edəcəyi çıxışa çevrilib.
ABŞ birjaları, FED rəhbəri Pauellin bugünkü çıxışı ərəfəsində açıqlanan göstəricilər, FED rəsmilərinin faiz endiriminə dair ehtiyatlı açıqlamaları və yüksələn istiqraz gəlirləri fonunda enişlə bağlandı.
2022-ci ildən bəri sənaye sektorunda ən sürətli artıma işarə edən PMI göstəriciləri Xəzinədarlıq istiqrazlarının qiymətini saldı və 10 illik istiqrazların gəlirliliyi 4 baza bəndi artaraq 4,33%-ə yüksəldi. Bu nəticələr investorların faiz endiriminə dair gözləntilərini zəiflətdi. Pul bazarları sentyabrda faiz endirimi ehtimalını təqribən 70% qiymətləndirir. Bir həftə əvvəl bu ehtimal 90%-in üzərində idi. ABŞ-da işsizlik müraciətlərinin artması əmək bazarının zəiflədiyinə dair yeni siqnal kimi dəyərləndirildi.
“S&P 500” indeksi yanvardan bəri ən uzun azalma seriyasını yaşayaraq ardıcıl beşinci günü də enişlə bağladı. İndeks 0,4% aşağı düşdü. Böyük texnologiya şirkətlərinin əksəriyyətinin səhmləri gerilədi. “Walmart Inc.” gözləntilərə uyğun mənfəət açıqlamadığından 4,5% dəyər itirdi.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Trampın Vaşinqton vaxtı ilə günorta Ağ Evdə açıqlama verəcəyi bildirilib, lakin məzmun barədə məlumat paylaşılmayıb. Bakı vaxtı ilə 08:17-yə olan məlumata görə, ABŞ və Avropa-da fyuçers indeksləri sabit qalıb. ABŞ-ın güclü sənaye göstəriciləri və FED rəsmilərinin sərt mövqeyindən sonra dollar əvvəlki seansdakı mövqeyini qorudu.
Asiya birjalarında məhdud artımlar və enişlər müşahidə olundu. Çin səhmləri 1,2% yüksələrək diqqət çəkdi, texnologiya sektoru isə ən yaxşı performans göstərənlər arasında yer aldı. “Nvidia Corp.” səhmləri, şirkətin komponent təchizatçılarına “H20 AI” çipi ilə bağlı istehsalı dayandırma təlimatı verdiyi xəbərləri fonunda alternativ “Blue Ocean” platformasında təxminən 1,9% ucuzlaşdı. Bu isə Çin və Honq-Konqda çip səhmlərinin qalxmasına dəstək oldu.
Pauell “Jackson Hole”da çıxış edəcək
Qlobal bazarların gözü FED rəhbəri Cerom Pauellin bu gün “Jackson Hole”da iqtisadi mənzərə ilə bağlı açıqlamalarına yönəlib.
Hər il keçirilən bu toplantıda daha əvvəl də monetar siyasətin istiqamətini müəyyən edən, siyasətdə dönüş nöqtələrinin elan edildiyi və bazarlara ciddi təsir edən açıqlamalar olub. İnvestorlar bu dəfə də FED-in sentyabr iclasında atacağı addımlara dair əlamətlər axtaracaq.
ABŞ Mərkəzi Bankı bu il gömrük tariflərinin iqtisadiyyata təsirini izləmək üçün faizləri indiyə qədər sabit saxlayıb. Lakin son dövrdə açıqlanan bəzi mülayim inflyasiya və zəif məşğulluq göstəriciləri fonunda yaxın vaxtlarda faiz endiriminə başlanacağı gözləntiləri güclənib. Bununla yanaşı, FED-i tez-tez tənqid edən Prezident Donald Tramp da Pauell və komandasına faiz endirimi çağırışlarını davam etdirir.
FED rəsmiləri isə inflyasiyanın hələ də 2%-lik hədəfin üzərində olması və məşğulluğun zəifləməsi səbəbindən faiz endiriminin vaxtı barədə yekdil mövqeyə sahib deyillər. Pauell bu gün FED-in mövqeyinə dair yeni siqnallar verə bilər.
“UBS Securities” ABŞ baş iqtisadçısı Conatan Pinql (Jonathan Pingle) Pauellin bugünkü çıxışı barədə, “Gözləyirəm ki, sentyabrdakı iclas üçün faiz endiriminə işarə etsin. Amma bunu mütləq addım kimi yox, məlumatlarla bağlı ön şərt kimi təqdim edəcəyini düşünürəm. Qəti bəyanat səsləndirəcəyini sanmıram”, – deyib.
“Columbia Threadneedle Investment” faiz strateqi Ed əl-Hüseyni (Ed Al-Hussainy) isə qeyd edib:
“Müzakirələrin bir hissəsi, faiz endirimlərinə erkən başlayıb yavaş irəliləməkmi, yoxsa gec başlayıb daha aqressiv davranmaqmı lazım olduğuna yönəlib”.
Bazar qiymətləndirmələri investorların sentyabrda bir faiz endirimi və bu il ərzində ən azı daha bir faiz endirimi gözlədiyini göstərir.