ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
10:00 | 25 avqust 2025 | Bazar ertəsi
Məqaləyə 1084 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Qiymətli metal 4.185 dollara yüksəldi
“Fidelity”, “T. Rowe Price” və “Ninety One” fond menecerləri hesab edirlər ki, inkişaf etməkdə olan ölkə (EM) aktivləri inkişaf etmiş ölkə aktivlərini geridə qoyacaq. Bu, FED-in pul siyasətini yumşaltma ehtimalı, investorların ABŞ aktivlərindən uzaqlaşma meyli və EM-lərdə daha mühafizəkar maliyyə siyasətləri ilə bağlıdır.
Analitiklərin proqnozlarına görə, “MSCI Emerging Markets Index” (İnkişaf etməkdə olan bazarlar indeksi) qarşıdakı 12 ayda təxminən 15% dəyər qazanacaq. İnkişaf etmiş bazarları izləyən “MSCI World Index”də isə artım 10% civarında gözlənilir.
Sinqapurda “Fidelity” fond meneceri Corc Efstatopoulos (George Efstathopoulos) deyib: “EM səhmləri əksər bazarlarda yerli pul siyasətinin yumşalmasının daxili kreditləri və istehlakı artırmasının, həmçinin dolların zəifləməsinin təsiri ilə daha yaxşı performans göstərəcək kimi görünür. Ən mühüm mərkəzi bank olan FED-in qarşıdakı rüblərdə yenidən yumşaltmaya başlaması ehtimalını da unutmamaq lazımdır.”
Londonda “Ninety One”da inkişaf etməkdə olan bazar səhmləri fondu meneceri Arçi Hart (Archie Hart) bildirib ki, bu aktivlərin rəqiblərini geridə qoymasının əsas səbəblərindən biri daha ortodoks və bazaryönlü maliyyə siyasətləridir: “İnkişaf etməkdə olan bazarlardakı siyasətçilərə baxsaq, onların mühafizəkar, bazar intizamına bağlı və praqmatik olduqlarını görürük. Bu səbəbdən inkişaf etmiş bazarlarda gördüyümüz kimi davamlı olmayan böyük büdcə kəsirləri ilə rastlaşmırıq”.
“T. Rowe Price”a görə isə inkişaf etməkdə olan bazarlarda dəyərləndirmələr daha cəlbedicidir. Şirkətin Sinqapur ofisinin portfel meneceri Tomas Pullaoek (Thomas Poullaouec) deyib: “İnkişaf etmiş bazarlarla müqayisədə dəyərləndirmələr EM-lərdə daha məqbul səviyyələrdədir. Mənfəət artımı gözləntiləri daha yüksək olduğu üçün çoxaktivli portfellərimizdə inkişaf etməkdə olan bazar səhmlərində ‘çəkini artır’ mövqeyimizi qoruyuruq”.
“Pullaoek” seçiciliyin vacibliyini və bəzi EM valyutalarını bəyəndiyini qeyd edib: “Yüksək “carry” və yaxşılaşan maliyyə siyasəti təsəvvürünün dəstəyi ilə Latın Amerikası valyutalarında, xüsusilə Braziliya realında alış mövqeyimizi qoruyuruq”.