ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
10:40 | 26 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 1065 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
“Bloomberg” ən son proqnozları açıqladı
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Qiymətli metal 4.185 dollara yüksəldi
“Bank of America Corp.” və “UBS Group AG”nin strateqləri bildirirlər ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauel (Jerome Powell) “Jackson Hole”dakı çıxışında faiz endirimləri gözləntilərini dəstəkləməsi ilə kiçik kapitalizasiyalı ABŞ səhmləri yüksəlişini davam etdirə bilər.
“Bank of America Corp.”-un səhmlər üzrə strateqi Cill Keri Holl (Jill Carey Hall) bazar ertəsi günü müştərilərinə göndərdiyi qeyddə bildirib: “Əhəmiyyətli gömrük rüsumları və ya digər makroiqtisadi sürprizlər olmadığı təqdirdə, “Russell 2000” indeksi qarşıdakı həftələrdə böyük kapitalizasiyalı şirkətləri geridə qoyacaq”.
“UBS Group AG”də Şon Simonds (Sean Simonds) də daxil olmaqla strateqlər qeyd edirlər ki, kiçik kapitalizasiyalı və aşağı keyfiyyətli səhmlər “faiz endirimlərinin balans təsirlərini yüngülləşdirməsinə kömək etməklə nisbətən daha yaxşı performans göstərə bilər”.
“Russell 2000” indeksi keçən üç həftə ərzində cümə gününə qədər 9% artıb və bu, “Nasdaq 100” indeksində eyni dövrdə baş verən 3,2% dəyər qazancını üstələyib. “UBS Group AG” strateqləri bildirirlər ki, “Russell 2000” şirkətləri may ayının əvvəlində ən aşağı səviyyəyə çatdıqdan sonra yuxarı yönlü mənfəət gözləntilərində artım müşahidə olunub. İndeks aylardır ümumi fond bazarının gerisində qalmış və 2021-ci ilin noyabrından bəri rekord qırmamışdı.
“RBC Capital Markets”in ABŞ səhmləri üzrə strategiya rəhbəri Lori Kalvasina (Lori Calvasina) müştərilərinə göndərdiyi qeyddə Pauelin çıxışına istinad edərək bildirib ki, sektor qismən investorların mövqelərini dəyişməsi və ən böyük texnologiya şirkətlərindən uzaqlaşma meyli səbəbindən qısamüddətli dövrdə gəlir gətirə bilər.
Lakin Lori Kalvasina böyük kapitalizasiyalı şirkətlərlə müqayisədə kiçik kapitalizasiyalı şirkətlər üçün uzunmüddətli perspektivin daha “neytral” olduğunu qeyd edib və yazıb: “Kiçik kapitalizasiyalı şirkətlər, xüsusilə sentyabrda faiz endirimlərinə qapını açan iqtisadi narahatlıqlar gerçəkləşərsə, bir daha yüksəlişin qısamüddətli olması riski ilə üzləşə bilərlər”.