
Kremlin qara günləri
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Qısa müddətli korelasiya neqativə döndü
“Wall Street” nəhəngindən qızıl dəstəklı “Bitcoin” fondu təklifi
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Robinhood”un “S&P 500”-ə seçilməsi ilə indeksdə kripto bağlantılı şirkətlərin sayı artdı
“Bitcoin” fondlarına maraq davam edir
Qızıl rekord təzələdi
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Nəhəng artımlardan sonra 107 min dollar civarında 2 aylıq dib
Kripto bazarları FED qərarı öncəsi aya narahat başladı
Rəqəmsal valyutada həftəlik icmal
“Bitcoin” (BTC), həftənin əvvəlində 112.000 dollar dəstəyini itirdikdən sonra sürətli bir geri çəkilmə mərhələsinə girdi. Son günlərdə 108.666 dollara qədər geriləyən BTC qiymətində daha aşağı səviyyələr görülür. Hazırda 110.000–112.000 dollar aralığı kritik dəstək zonası kimi izlənir. Bazar iştirakçıları bu zonanın qorunmasının yeni bir bərpa dalğası başlada biləcəyinə inanır.
Analitiklər bildirirlər ki, bu səviyyənin aşılması halında 105.000 dollara doğru güclü bir düzəliş yaşana bilər. Bəzi analitiklər isə dörd saatlıq bağlanışların 112.000 dolları aşması halında BTC-də yenidən yuxarı yönlü momentum qazanınacağını ifadə edirlər. Əks halda düzəlişin dərinləşərək 105.000 dollara, sonra 100.000 dollara qədər düşməsi ehtimalı gündəmə gələ bilər.
Bazarın texniki görünüşündə zəiflik siqnalları artmaqdadır. “CryptoQuant” məlumatlarına görə, “Bitcoin”in “taker buy-sell” nisbəti -0,945 səviyyəsinə enib. Bu düşüş satış əməliyyatlarının alışlara nisbətən üstün olduğunu və bazarda satış tendensiyasının ağır gəldiyini göstərir. Bu nisbət, 2021-ci ilin noyabrında BTC-nin 69.000 dollardan düzəlişə başlamasından əvvəlki səviyyələrə işarə edir.
Eyni zamanda, zəncir daxili aktivlikdə də azalma müşahidə olunur. “Glassnode” məlumatlarına görə, “Bitcoin” transfer həcmi ayın əvvəlində 26,7 milyard dollar ikən, hazırda 23,2 milyard dollara düşüb. Bu həcmin daha da aşağı olan 21,6 milyard dollarlıq illik ortalamanın altına düşməsi bazarın spekulyativ marağının azaldığını göstərir. Bu da bazarın mənfi strukturunun davam etdiyini göstərir.
“Strategy”nin (“MSTR”) təsisçi ortağı Mikael Saylor (Michael Saylor), BTC-dəki bu düşüşə “Twitter” üzərindən simvolik paylaşım və yeni alım qərarı ilə cavab verdi. Saylorun rəhbərlik etdiyi şirkət təxminən 359,9 milyon dollar dəyərində 3.081 BTC satın aldı. Beləcə, şirkətin ümumi “Bitcoin” mövqeyi 632.457 BTC-yə, yəni təxminən 70,2 milyard dollar dəyərinə çatdı.
Eyni dövrdə şirkətin “Bitcoin” gəliri ilin əvvəlindən bu yana 25,4% olaraq hesablandı. Saylor, BTC-ni “rəqəmsal mülk” olaraq təsvir etməyə davam edir və bu yanaşma ilə bazarda uzunmüddətli etibar yaratmağı hədəfləyir. Şirkətin 2020-dən bəri tətbiq etdiyi “Bitcoin” standartı, balans böyüklüyü və səhmlərin qiymət performansı baxımından da diqqətəlayiqdir.
“Ethereum”a yönələn axın artır, “Bitcoin” təzyiq altında
Son olaraq, bazarda kapital axınının “Ethereum” (ETH)a yönəldiyi görünür. ETH-yə olan girişlər gündəlik ortalama 0,9 milyard dolları bulurken, son dörd ticarət günündə ETH ETF-lərinə 1 milyard dollardan çox giriş qeyd edildi. Bu da sərmayəçilərin “Bitcoin” əvəzinə ETH-ni üstün tutduğunu göstərir.
“Ethereum”un yüksəlişi davam edərkən, “Bitcoin” tərəfdə makroiqtisadi katalizator (məsələn, “FED”-dən gələn faiz endirimi siqnalı) olmadığı müddətdə, BTC-nin zəif strukturunun qorunması və 100.000 dollar səviyyəsinin yenidən test edilməsi riski gündəmdə qalacaq.